“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » Bütün məktəblərdə tədris təmayülləşdirilir


Bütün məktəblərdə tədris təmayülləşdirilir

11-09-2015, 22:16
Oxunma sayı: 405
"Azərbaycanın bütün orta məktəblərində tədrisin təmayülləşməsinin tətbiqi nəzərdə tutulur. Lakin burada ən önəmli məsələ məktəblərin keyfiyyət göstəricisidir”.

Respublika info xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil edilib. Bu tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbin 10-11-ci siniflərində təmayülləşmə tətbiq ediləcək".

E.Əmrullayev bildirib ki, gələcək illərdə təmayülləşmənin tətbiq olunacağı mərhələdə dəyişiklik olmayacaq: "Lakin biz daha çox sinif, daha çox məktəbi bu prosesə cəlb etməklə gələcək illərdə təmayülləşmənin tətbiq olunacağı məktəblərin və siniflərin sayını artırlacağıq”.
Sosial şəbəkələrdə paylaş: