“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Tariximizin qəhrəmanlıq səhifəsi 200 illik işğal və 10 günlük möhlət! - Elməddin Behbud yazır “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib İctimai Nəzarət Qrupu üzvü “GənclərinTöhfəsi” İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir “Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.
SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ “Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək



» » Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub


Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub

26-08-2020, 23:53
Oxunma sayı: 1356
Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub

Gənc şair Ağarza Elçinoğlunun (Həsənquliyev) şeirlər kitabı nəşr edilib.
Respublika İnfo xəbər verir ki, kitabda şairin on illik bədii yaradıcılıq nümunələri əks olunub. 128 səhifədən ibarət olan kitaba BDU-nun dosenti, Jurnalistlər Birliyinin üzvü Fikrət Əlizadə ön söz yazıb, şairin yazdığı satirik şeirlərə uyğun karikaturaları isə elə müəllifin öz ideyaları əsasında məşhur rəssam Fərid Hüseynli çəkib.

Qeyd edək ki, Ağarza Elçinoğlu 2001-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 2007-ci ildə həmin kəndin M.H.Teymurov adına tam orta məktəbində birinci sinfə gedib və 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. Hazırda həmin fakültənin 3-cü kurs tələbəsidir.

Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub


“Hər Yan Xatirədir” adlı şeirlər kitabı isə müəllifin ilk kitabıdır.

Sizə həmin kitabdan bir neçə şeir nümunələrini təqdim edirik:
*Sufi şeir*
Şəriətdən gəlirəm
Dərdimi yığdım belimə,
Amma ağır oldu biraz.
Bu dərdlərin dərmanı yoxdur, bilirəm
Hələ yarısın əlimə
yığıb gəlirəm, Allah.

Yığıb arzumu, diləyi,
Mən qara üznən gəlirəm.
Bu sol çiynimin mələyi
Dəftərə qaralar salıb.
Bilmədim sildim çiynimi
Üzümdə də qara qalıb.

Təriqətdən gəlirəm
Addım-addım, sənə sarı,
Dərddən arına-arına
Yolumda səbr edirəm, öyrənirəm,
Aşiq çatmaq üçün yarına
dözdüyü hər cəfaya dözürəm.

Görürəm
Yolumda bir gül kolu,
tumurcuğa baxıram.
Ləçəklənir, gül açır, günəşlə ahəng olur,
Onun burda bitir yolu,
Açıldığı kimi solur.

Mərifətdən gəlirəm
Nə çətinmiş mənim yolum,
İmtahandır sağım, solum.
Ruhum ilə savaşıram
Ölüm yoxsa daim olum?

Təkcə səni tapmaq üçün,
Bəs etmədi, dinlə Quran
məni sənə qatmaq üçün.
Ağlımdan çıxmadın bir an
Günəş kimi batmaq üçün
Tələsirdim sənə inan.

Həqiqətə sevgim ilə gəldim Allah,
Mən özümü tapmaq üçün
Güzgüdə mən səni görürəm
İndi çatdım sənə, Allah.
Ölürəm...

*Olsun*

Mən bir sevgi istəyirəm,
Sevdiyim qız özüm olsun.
Onun gözəl baxışları
Gözləri də gözüm olsun.

Gözə görünən mələyin,
Ələ almışam ürəyin.
İndi o büllur biləyin
Sözləri də sözüm olsun.

Mənlə döyünür ürəyi,
Özü dünyamın mələyi.
Baharın tər gül-çiçəyi
Saçlarına düzüm olsun.

Birgə olaq onunla biz,
Lap qocalıb bükəndə diz.
Bircə o gözləri dəniz
Ocağımda közüm olsun.

*Eşqindən olub*

Gerçəyi deyir bu sözüm,
Sənə heyran oldum özüm
Nə zaman ki, güldü gözüm,
Eşqindən olub.

Vurulandan mən sənə bil,
Ürək vurur sanki təbil
Sən olmuşam mən elə bil
Sevgindən olub.

Əvvəl sevgini danmışam,
Eşqə indi inanmışam
Sevgini sənlə qanmışam
Elmindən olub.

Adın əzbərdir dilimdə,
Ürəyin də ürəyimdə.
Sən olmusan nəfəsim də
Sehrindən olub.

*Biz ki, varıq gör nə müsəlmanlarıq?!*

Dövr-i zaman ilə bizim bizim çarx düzə qalmaz,
Etdiklərimiz gözdə durur heç sözə qalmaz
Bil, gecədən haqq bağıran gündüzə qalmaz.
Ədalət deyəni asmaq üçün canlarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!

Elmdən bixəbər olub daşla alov yandırırıq,
Özgə qazan görüb də əkməyimizi bandırırıq
Bu hal ilə atam, görən kimi qandırırıq?
Uşağı da bizim kimi olsun deyə danlarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!

Bizə fərq eləməz kim oxuyub alim olub,
Bizə nə kim molla olub haqqa dolub?!
Biz ki, qanmamışıq bu dünyada hər nə olub.
Biz ancaq bu dünyadan o dünyanı anlarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!

Bu mənim qədərimdir, qismətimdir yaz alnıma,
Torpağı mən neyləyirəm, aparmıram ki, goruma?!
Mənliyimi al məndən əşi, amandı dəymə qarnıma!
Mədəmiz ac qalan kimi xoruz təki banlarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!

Hər nəyimiz olmasa da Allahımız var deyərik,
Quranımız, kitabımız, imamımız var deyərik
Bir də bizdən yazıb-pozan şairimiz var deyərik.
Altında qalsaq da düzün, söz altında qalmarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!
Sosial şəbəkələrdə paylaş: