“Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA » Respublik.info
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib Qlobal istiləşmə intiharların sayını daha da artıracaq
Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO



» » “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA


“Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA

12-08-2018, 17:57
Oxunma sayı: 16
“Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA
/Ötən gün Rusiyada ABŞ dollarının məzənnəsi 2 rubl və yaxud 3% artaraq son 21 ay üzrə rekord həddə - 63,5 rubla çatdı.

Bildirilir ki, buna səbəb ABŞ-ın Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalardır.

Sanksiyaların məqsədi Rusiyanı 2016-cı ildə ABŞ-da keçirilmiş seçkilərə müdaxilə etdiyinə, növbəti seçkilərlə bağlı, həmçinin ABŞ senatorlarına qarşı casusluq cəhdlərinə, kimyəvi silahlardan istifadəyə görə cəzalandırmaqdır. Onlar qüvvəyə minəcəyi təqdirdə, ABŞ-dan olan investorlar Rusiya istiqrazlarını əldə edə bilməyəcək, ABŞ bankları Rusiya bankları ilə konkret olaraq “Sberbank”, “VTB Bank”, “Qazprombank”, “Promsvyazbank”, “Rosselkhozbank” və “Vnesheconombank” ilə əməliyyatları minimallaşdırmalı olacaq.

Bundan başqa, Rusiyanın milli aviadaşıyıcısı “Aeroflot” şirkətinin ABŞ-a uçuşlarına məhdudiyyət də qoyula bilər. Yeri gəlmişkən, bu gözlənti fond birjalarında aviaşirkətin səhmlərinin bir günə 12,25% ucuzlaşmasına səbəb olub. Rusiyanın səhm bazarındakı vəziyyəti əks etdirən “iShares MSCI Russia ETF ERUS” indeksi isə 4,22% geriləyib.

“Sanksiya qoxusu” Rusiyanın 10 il müddətinə tədavülə buraxılmış dövlət istiqrazlarını da ucuzlaşdırıb. Borc alətlərinin qiyməti ilə tərs mütənasib olan onların illik faiz dərəcəsi 0,2 faiz bəndi artaraq 8,09%-ə yüksəlib.

ABŞ-ın təzyiqləri davam edərsə, ən azı ilin sonuna qədər Rusiyanın maliyyə bazarında vəziyyət riskli olacaq və rubl dollar qarşısında dəyərini daha 13-14% itirə bilər.
Sosial şəbəkələrdə paylaş: