Tovuzda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib Şəmkirdə “Regionlarda gənclər arasında könüllülüyün təşviqi"layihəsi çərçivəsində təlim keçirilib Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər.
"Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib “Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı



» » Evsizlərə şad xəbər: 2018-ci ildə...


Evsizlərə şad xəbər: 2018-ci ildə...

13-01-2018, 09:53
Oxunma sayı: 5134
Evsizlərə şad xəbər: 2018-ci ildə...

2018-ci ildə daşınmaz əmlak bazarında müəyyən qədər canlanmanın olması gözləniləndir.

Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən proqramların, istismar müddəti başa çatmış binaların sökülməsinin fonunda bazarlarda müəyyən tələbin yaranması müşahidə olunur:

“Digər tərəfdən, ipoteka vəsaitlərinin həcminin genişlənməsi, bankların zaman çərçivəsində ipoteka faizlərini azaltması müəyyən qədər bazarı canlandıra bilər. Yəni tələb nisbətən arta bilər. Bir məsələni də nəzərə almaq lazımdır ki, 2018-ci ildə ilk dəfə olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən binalar istismara veriləcək. Bu isə bazarda əlavə təklifin formalaşmasına gətirib çıxarmaqla yanaşı, qiymətlərin tənzimlənməsinə də öz təsirini göstərəcək. Düzdür, aksiz vergiləri ilə bağlı qanuna edilən dəyişikliklərdən sonra müəyyən tikinti materiallarının qiymətinin artma ehtimalı var və bəzi məhsulların qiymətində artım başlayıb. Bunlar da tikinti sektorunda maya dəyərinin bahalaşmasını şərtləndirir. Ancaq digər bir məsələ də ondan ibarətdir ki, faktiki olaraq bazarda hələlik alıcılıq səviyyəsi aşağıdır. Eyni zamanda, belə bir şəraitdə təklif olunan təklifin həcminin təkrar və yeni mənzil bazarında qiymətləri artıracaq ciddi konnektur formalaşdıracağını düşünmürəm”.

Rəşid Ağayev
Sosial şəbəkələrdə paylaş: