İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub Layihə çərçivəsində 2-ci təlim keçirildi Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər! İlan sancan adama bunu etsəniz zəhər qana keçməz - Həkimə qədər! Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Arıqladır, təbii antidepressantdır… Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK Zərərli vərdişlər beyin xəstəliyidir… Selena qorxu obrazında - Fotolar



» » 22 manatlıq nömrə necə 10000 manata satılır?


22 manatlıq nömrə necə 10000 manata satılır?

16-10-2017, 18:04
Oxunma sayı: 819
22 manatlıq nömrə necə 10000 manata satılır?

Yaxın günlərdə Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başlayır.


Maliyyə Nazirliyi hələ sentyabrda büdcə layihəsini Nazirlər Kabinetinə təqdim edib, hazırda sənədə baxılır və bir neçə gündən sonra parlamentdə müzakirə edilmək üçün Milli Məclisə göndəriləcək. Büdcənin parametrləri dəqiq açıqlanmasa da, dövlət başçısının tapşırıqlarına görə, 2018-ci ilin büdcəsinin gəlir-xərc bölmələri 2017-ci ilə nisbətən daha böyük olacaq. Bu tapşırıqlarla əlaqədar olaraq dövlət qurumları büdcənin gəlirlərinin artırılması üçün yeni mənbələr axtarışındadırlar.

Respublik.info FED.az-a istinadən xəbər verir ki, bu mənbələrdən biri də indiyədək diqqətdən kənarda qalan və xeyli vəsaitlərin büdcə üçün itirildiyi avtomobillərin qeydiyyat nişanlarının satışıdır. Təqribi hesablamalara görə, qeydiyyat nişanlarının satışının düzgün və şəffaf təşkil edilməsi büdcəyə ildə 50-100 milyon manat arasında vəsait gətirə bilər. Hələliksə, bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması səbəbindən dövlət büdcəsi hər il bu qədər məbləği itirməkdədir, baxmayaraq ki, "hörmətli" qeydiyyat nişanlarının alınması üçün avtomobil sahibləri kifayət qədər vəsait ödəməyə hazırdırlar və ödəyirlər. Beləliklə….

Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək, nömrələrin) verilməsi üçün rüsumlar "Dövlət rüsumu haqqında" qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasındadır.

Qanunda indiki vəziyyət belədir:

Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
Sosial şəbəkələrdə paylaş: