Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər
Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI “11 aprel seçkiləri onların planlarını alt-üst etdi” 11 aprel seçkiləri onların planlarını alt-üst etdi
MSK seçkilərin ilkin nəticələrini açıqladı: İlham Əliyev 86,7 faiz səs toplayıb Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir" YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirir



» » Paytaxtda bu məhsulların dəyəri artdı – Rəsmi


Paytaxtda bu məhsulların dəyəri artdı – Rəsmi

28-09-2017, 17:28
Oxunma sayı: 562
Paytaxtda bu məhsulların dəyəri artdı – Rəsmi

Cari ilin yanvar-avqust aylarında paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust aylarına nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz artaraq, 11732,5 milyon manat olub.

Respublik.info Oxu.Az-a istinadən xəbər verir ki, şəhərin ticarət şəbəkələrində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 5220,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq, 6511,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 19,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Cari ilin yanvar-avqust aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 29,3 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,6 faizi hüquqi şəxslərdən, 2,4 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə, əsasən, qeyri-ərzaq məhsullar realizə olunub.
Sosial şəbəkələrdə paylaş: