“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Ağdamda Milli Qəhrəmanın adını daşıyan bulağın və subartezian quyusunun açılışı olub


Ağdamda Milli Qəhrəmanın adını daşıyan bulağın və subartezian quyusunun açılışı olub

11-10-2016, 14:07
Oxunma sayı: 390
Ağdamda Milli Qəhrəmanın adını daşıyan bulağın və subartezian quyusunun açılışı olubAğdamda Milli Qəhrəmanın adını daşıyan bulağın və subartezian quyusunun açılışı olub
Ağdam rayonunun Quzanlı qəsəbəsində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə qazılan subartezian quyusunun və Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adını daşıyan bulağın açılışı olub.
Rayon ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin Ağdam rayonunda həyata keçirdiyi xeyriyyə tədbirlərini yüksək qiymətləndiriblər. Milli Məclisin deputatı Flora Qasımova həyat yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xatirəsinə göstərilən ehtirama görə İctimai Birliyinin rəhbərliyinə təşəkkür edib.
Tədbirdə bildirilib ki, İctimai Birlik tərəfindən rayonun kəndlərində subartezian quyularının qazılması, bulaqların tikilməsi və digər bu kimi sosial tədbirlər davam etdiriləcək.
Sosial şəbəkələrdə paylaş: