Tovuzda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib Şəmkirdə “Regionlarda gənclər arasında könüllülüyün təşviqi"layihəsi çərçivəsində təlim keçirilib Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər.
"Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib “Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı



» » ADAU - da “Bilik günü” qeyd olundu...


ADAU - da “Bilik günü” qeyd olundu...

16-09-2015, 06:51
Oxunma sayı: 437
Respublik info xəbər verir ki, sentyabrın 15 - də Azərbaycan Dövlət Aqrar Universitetində “Bilik günü”nə həsr olunan tədbir keçirilib.

Universitetin iqtisadiyyat korpusunun yeni istifadəyə verilmiş hissəsində keçirilən tədbiri giriş sözü ilə açan univeristetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov professor-müəllim və tələbə heyətini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara yeni uğurlar və nailiyyətlər arzulayıb. Tədris ilinə hazırlıqla bağlı universitetdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan rektor 2015/2016-cı tədris ilində universitetə tələbə qəbulunun səviyyəsinin, onun strukturunda kənd təsərrüfatı ixtisaslarının xüsusi çəkisinin, beləliklə, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının artmasının, əvvəlki tədris illəri ilə müqayisədə birinci kursa qəbul olunmuş tələbələrin daha yüksək bal toplamalarını görülmüş işlərin müsbət nəticələri kimi qiymətləndirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov nazir Heydər Əsədovun adından kollektivi təbrik edərək dövlətin aqrar sahəyə, onun kadr və elmi təminatına dəstəyindən danışıb. Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin 11 sentyabr 2015-ci il tarixli 93 nömrəli əmrinə əsasən kənd təsərrüfatı sahələrində daha çox ehtiyac duyulan ixtisaslara gənclərdə marağın artırılması məqsədilə 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında universitetin bakalavriat pilləsinə qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə Universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına ayda 100 (yüz) manat ödəniləcəkdir. Bundan başqa, 2015/2016-cı tədris ilində universitetə müvafiq olaraq 674 və 672 bal toplamış 2 tələbəyə aldıqları təqaüddən əlavə xüsusi (büdcədənkənar) vəsaitlər hesabına ayda 100 (yüz) manat, 500-600 arasında bal toplayan tələbələrə isə 50 (əlli) manat məbləğində ödənilməsi haqqında qərar qəbul olunmuşdur. Bu isə gənclərin aqrar təhsilə olan marağının artmasına səbəb olan amillərdəndir.

Qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrindən Aysel Arzu qızı Həsənova (674 bal), Məryəm İlham qızı Novruzova (672 bal) çıxış edərək respublikada yeganə ali aqrar təhsil müəssiəsi olan Azərbaycan Dövlət Aqrar Universitetini seçdiklərindən fəxr hissi keçirdikərini və bu təhsil ocağında yüksək səviyyədə təhsil alacaqlarına əmin olduqlarını bildiriblər.
Tədbirin sonunda yüksək bal toplayan 2 tələbəyə noutbuk, 5 tələbəyə planşet hədiyyə edilib.
Sosial şəbəkələrdə paylaş: