Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » Bakıda iki marşrut xətti ləğv olundu


Bakıda iki marşrut xətti ləğv olundu

13-09-2015, 16:32
Oxunma sayı: 453
14 sentyabr tarixindən “BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar olaraq mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olub.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov m/s – Təbriz küç. – Azadlıq pr. – 28 may m/s – Puşkin küç. – Azadlıq pr. – Zərifə Əliyeva küç. – Ə.Yaqubov küç. – 20-ci sahə olacaq. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı maşrut avtobusları xətdən kənarlaşdırılacaq.

“BakuBus” MMC-yə məxsus 5 saylı maşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus movcud marşrut xətti ilə hərəkət edəcək.
Yeni tədris ilinin başlanması ilə əlaqdar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı maşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətlərii saxlanılıb.

Hərəkət isiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı maşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı maşrut adı iə sərnişinlərə xidmət göstərəcək.
Sosial şəbəkələrdə paylaş: