“ Çimərliklərdə atılan plastik tullantılara birgə qalib gələk” layihəsini həyata keçirilib “Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir
(EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib. Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR
Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.



» » Azərbaycanın dərman bazarında nə baş verir? - araşdırma


Azərbaycanın dərman bazarında nə baş verir? - araşdırma

11-09-2015, 22:35
Oxunma sayı: 373
Bu gün ən çox aktual hesab olunan məsələ dərmanların vahid qiymətinin qoyulması və dərman qıtlığının yaranmasıdır. İstiqlal.az bununla bağlı araşdırma aparıb. Araşdırmanın birinci hissəsini təqdim edirik.

Çoxsaylı aptek, həkim və dərman idxalçıları arasındakı sorğuların nəticələrindən, belə qənaətə gəlmək olar ki, bəzi dərmanların bu günki defisiti vahid qiymət siyasətinin təklif olunması deyil, manatın cari ilin fevral ayındakı devalvasiyası bağlıdır. Araşdrımalar göstərir ki, bütün dərman idxalçılarının xarici əməliyyatları 100% xarici valyuta (dollar, avro) ilə olduğundan, hər kəsin istifadə etdiyi bəzi tanınmış dərman preparatlarının, qiymət artımına icazə verilməməsi, onların idxalının yalnız gəlirsiz olmasına deyil, hətta idxalçıların dərmanı ziyanına satmasına səbəb oldu.

Nəticədə idxalçılar anbarlarındakı öncədən gətirilmiş malların satılmasından sonra, eyni malların yenidən idxalında ziyanla üzləşdiklərindən, təchizatda çətinliklər yarandı. Bu gün hər kəsin mövzusu olan, vahid qiymət siyasətinin oxuculara daha düzgün çatdırılması üçün, Tarif Şurasının təklif etdiyi qaydaları və bir sıra qərb ölkələrinin təcrübəsi araşdırılıb.
Öncə qeyd edək ki, prezident İlham Əliyev bu ilin martında “Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, hökumət iki ay müddətində “Dərman vasitələri haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.
Baş nazir Artur Rəsizadənin 3 iyun 2015-ci il tarixli qərarı ilə Azərbaycanda dərman preparatlarına vahid qiymət tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Bundan əvvəl Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf və Sənaye Nazirliyi Azərbaycanda dərman preparatlarının vahid qiymət tarifi ilə satışına dair təkliflər işləyərək onu Nazirlər Kabinetinə təqdim etmişdi. Təkliflər işlənib hazırlanarkən dünya təcrübəsinə istinad olunmuşdu.

Bu sərəncam qüvvəyə minəndən sonra dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq. Dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Bu yeniliyin tətbiqi zamanı Türkiyənin, Avropa ölkələrinin və bir çox başqa ölkələrin təcrübəsi əsas götürülüb.

Həqiqətən bu qərar hər kəsin məmnun olduğu və zamanında verilmiş bir qərardır. Önəmlisi odur ki, prezident İlham Əliyevin söylədiyi kimi, ilk növbədə istehlakçıların və dərman idxalçılarının maraqlarına zidd olmasın. Nəzərə almaq lazımdır ki, qiymətlərin dövlət tərəfindən nizamlanmasında keçmiş Sovet Respublikaları arasında Moldoviyadan sonra ilk tətbiq olunan ölkəyik. Bu bir daha dövlətimizin istehlakçılara qarşı olan yüksək səviyyəli qayğısını göstərir. Dərman preparatlarının qiymətlərinin tənzimlənməsində istifadə edilən metodika, dünyanın qabaqcıl ölkələrinin istifadə etdiyi metodikaya çox yaxındır. Əsas prinsiplərdən biri, bir neçə ölkənin referans qiymətlərinə (http://www.tariffcouncil.gov.az/?/az/news/view/122/)istinad edilməsi və buna uyğun olaraq, bazarda topdansatış və pərakəndə satış qiymətlərinin formlaşmasıdır (http://www.tariffcouncil.gov.az/documents/DVM.pdf).

Artıq Avropa ölkələrinin və qardaş Türkiyənin təcrübələri göstərir ki, bəzi ölkələr bu mərhələni çox uğurla keçmişdir, bəzi ölkələr isə hələ də bir sıra problemlərlə üzləşir. Araşdırmalar göstərir ki, Avropa ölkələrində dollar və avronun stabilliyi, ölkənin əsas dərman təchizatının yerli istehsalın payına düşməsi, sığorta sisteminin düzgün formlaşması, gömrük və vergi qanunvericiliyinin uyğunluğu, bu qanunun qısa zamanda uğurla həyata keçməsi ilə nəticələnir.

Qonşu Türkiyədə isə bu qanunun 2004-cü ildən qüvvədə olmasına baxmayaraq, istehlakçılar, idxalçılar, istehsalçılar və əczaçılar illərdir müxtəlif problemlərlə üzləşir. Bunun əsas səbəbi, yerli istehsalçıların bazarın ancaq bir qismini təchiz edə bilməsində, yerli valyutanın vaxtaşırı devalvasiyasında, referans qiymətlərin hesablama metodikasının ən ucuz qiymətin seçilməsi prinsipi ilə işləməsidir. Bu isə referans qiymətlərin vaxtaşırı yenidən hesablanmasına və dəyişdrilməsinə, dərman çeşidlərinin azalmasına, bəzi preparatların defisitinə, nəticədə bazar iştirakçılarının tez-tez məhkəmə çəkişmələrinə gətirib çıxardır.

Ölkəmizdəki mövcud təlimatla tanış olduqda, görmək olar ki, qonşu Türkiyənin təlimatına çox yaxındır. Respublikamızda yerli istiehsalın və sığorta təbabətinin olmaması, əlavə dəyər vergisinin 8% deyil 18% olması bu metodikanın irəlidə stabil olaraq işləməsini şübhə altına alır.

Bu gün hər kəsin səbirsizliklə gözlədiyi 1057 dərmanı ölkəmizə idxal olunan dərmanlarla müqayisə etdikdə görmək olar ki, siyahıda olan preparatların 50%-i daha öncədən də idxal olunmurdu. Digər məhsulların qiymətlərinə nəzər saldıqda, eyni tərkibli preparatın ya həddən artıq baha ya da çox ucuz olması görünür. Anladığımız qədər, bu preparatların generik və ya orijinal olması ilə əlaqəlidir. Eyni məhsulların qonşu ölkələrlə müqayisəsi, orijinal və genrik arasında böyük qiymət fərqinin olmadığını göstərir. Bununla bağlı araşdırmalarımızın növbəti hissələrində daha detallı məlumatlar veriləcək.
Sosial şəbəkələrdə paylaş: