Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi. MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ Tofiq Hüseynzadə GƏNCLƏRİN LİDERİ
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi. Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb.



» » Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir"


Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir"

11-04-2018, 22:12
Oxunma sayı: 1393
Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir"
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın "Twitter"də yazdıqlarına münasibət bildirib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, D. Peskov "Twitter" diplomatiyasına tərəfdar olmadıqlarını söyləyib: "Biz "Twitter" diplomatiyasının iştirakçısı deyilik. Biz ciddi yanaşmaların tərəfdarıyıq. Hələ də hesab edirik ki, onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir", - deyə o, söyləyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün "Twitter"də bütün dünyada böyük əks-səda doğuran qeyd paylaşıb. "Rusiya Suriyaya doğru buraxılan bütün raketləri vuracağını vəd edir. Hazırlaş Rusiya, raketlər gəlir - yaxşı, yeni və "ağıllı" raketlər. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan", - deyə o, yazıb.
Sosial şəbəkələrdə paylaş: