Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi. MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ Tofiq Hüseynzadə GƏNCLƏRİN LİDERİ
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi. Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb.



» » Trampdan İrana atəşli “Novruz mesajı": “Bundan 2500 il öncə”...


Trampdan İrana atəşli “Novruz mesajı": “Bundan 2500 il öncə”...

21-03-2018, 20:36
Oxunma sayı: 1470
Trampdan İrana atəşli “Novruz mesajı": “Bundan 2500 il öncə”...

ABŞ-la İran arasındakı gərginliyə və iki ölkə arsında diplomatik münasibətlərin olmamasına rəğmən hər il Vaşinqton Tehrana Novruz təbrikini çatdırır.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama 2015-ci ildə öz təbrik mesajında olduqca xoş cümlələrdən istifadə etmiş və İran xalqına isti mesajlar vermişdi.

ABŞ prezidenti Donald Tramp da öz sələfi kimi Novruz bayramı münasibətilə “təbrik” mesajı ünvanlayıb. Təbii əgər buna təbrik demək mümkündürsə...

Novruzun kökünü İrana bağlandığını ifadə edən Ağ Evin rəhbərinin bəyanatında deyilir:

“Bundan 2500 il qabaq İran şahı Dara Tanrıdan farsları 3 şeydən qorumasını istəmişdi: Düşmən orduları, quraqlıq və yalançılıq. Bu gün İran İnqilab Keşikçiləri bunun üçünü də təmsil edir.

D.Tramp öz təbrikində İranı sərt şəkildə tənqid etdikdən sonra sonda “Baharın gəlişini qeyd edən minlərlə insanın Novruzunu təbrik edirəm” yazıb.

Novruzla əlaqədar ABŞ Dövlət departamenti ayrıca açıqlama yayıb. Dövlət departamentinin sözcüsü Con Sallivan “ABŞ Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacisikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və dünyanın digər ölkələrində Novruz üçün bir araya gələn hər kəsə ən gözəl diləklərini çatdırır”, - sözlərini işlədib.
Sosial şəbəkələrdə paylaş: