Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər
Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI “11 aprel seçkiləri onların planlarını alt-üst etdi” 11 aprel seçkiləri onların planlarını alt-üst etdi
MSK seçkilərin ilkin nəticələrini açıqladı: İlham Əliyev 86,7 faiz səs toplayıb Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir" YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirir



» » ABŞ Putinə Suriyada uduzdu: Trampın biabırçı revanşı...


ABŞ Putinə Suriyada uduzdu: Trampın biabırçı revanşı...

9-12-2017, 12:18
Oxunma sayı: 50
ABŞ Putinə Suriyada uduzdu: Trampın biabırçı revanşı...
İsrail və Fələstin arasında sülh prosesi müəyyən qədər geriyə düşdü. Çünki Fələstin lideri Mahmud Abbas artıq danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina edib. HƏMAS lideri də artıq İsraili hədələyib. ABŞ-da terror aktlarının artacağı gözlənilir. Hizbullahın da fəallaşacağı istisna edilmir. Bütün hallarda Trampın bu qərarı dünyada qarşıdurmanı gücləndirəcək.

Bu sözləri politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, İsrail hələ 1949-cu il dekabrın 5-də Qüdsü özünün paytaxtı elan etmişdi və bir sıra dövlət müəssisələri də Təl-Əvivdə yox, Qüdsdə yerləşir:

“1947-ci ildə BMT-nin Təhlükəsizlik Şurası 181 saylı qətnamə qəbul etdi. Qətnamənin mahiyyəti Britaniya mandatı Fələstin üzərində başa çatdıqdan sonra Qüds üzərində beynəlxalq nəzarət həyata keçirilməsindən ibarət idi. Sənəd daha çox “Fələstinin bölüməsi haqqında“ qətnamə adı ilə məşhurdur. Osmanlı imperiyası dağılandan sonra Britaniya Fələstin üzərində mandat hüququ əldə etmişdi. Bu hüquq 1948-ci il mayın 15-də başa çatırdı”.

Politoloq qeyd edib ki, amma ərəb ölkələri BMT tərəfindən İsrailin yaradılması faktını qəbul etmədilər və yeni yaranmış dövlətin üzərinə hücuma keçdilər:

“Ərəb ölkələrinin koalisiyasının olmasına baxmayaraq, İsrail onları məğlub etdi və I Ərəb-İsrail müharibəsinə görə, BMT-nin 181 saylı qətnaməsi icra olunmamış qaldı. İsrail Qüdsün yalnız qərb hissəsini özünə paytaxt elan etmişdi. O dövrdə İordan çayının şərq sahilindəki hissə Transiordaniya adlanırdı. İsrailin ardınca Transiodaniya da Qüdsü özünün ikinci paytaxtı elan etdi. 1967-ci ildə İrail və Ərəb ölkələri arasında 6 günlük müharibədən sonra İsrail bütövlükdə Qüds üzərində tam nəzarəti ələ keçirdi. Lakin buna baxmayaraq, BMT İsrailin Şərqi Qüds üzərində nəzarətini qeyri-qanuni hesab edir və həmin ərazini Fələstinə aid sayır. BMT İsraili bu əraziləri işğal etməkdə ittiham edir və onu bu ərazilərdən çıxmağa çağırır. İsrail isə bu ərazilər haqqında işğal olunmuş yox, mübahisəli ərazi terminindən istifadə edir. Öz fikirlərinə də əsas kimi 1948 və 1967-ci ildə baş verən müharibələrdə ərəb ölkələrinin ona hücum etdiyini əsas gətirir. İkinci fakt kimi də bu ərazilər üzərində yəhudi xalqının tarixi haqqı olduğunu bildirir. Buna görə də BMT-nin qətnamələrini icra etməkdən imtina edir”.

Politoloq qeyd edib ki, beynəlxalq ictimaiyyət BMT-nin 181 saylı qətnaməsini əsas götürərək, şəhərin şərq hissəsinin Fələstinə, qərb hissəsinin isə İsrailə məxsus olmasını qəbul edir:

“Şəhər hələ ki, mübahisəlidir və onun statusu danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Artıq bir neçə ölkə BMT-yə Trampın qərarını ləğv etməsi üçün müraciət edib. Burada ən maraq doğuran İngiltərənin mövqeyidir. Çünki İngiltərə hesab edir ki, bu ərazilər bir vaxtlar Britaniya mandatı altında olub və buna görə də Britaniya burada söz haqqı var. Eyni zamanda İngiltərənin vaxti ilə müstəmləkəsi olmuş Avstraliya, Kanada da Trampın bu qərarı ilə razılaşmır və Qüdsün iki hissədən ibarət olduğunu qəbul edir. Bundan başqa, Çin, Rusiya, Avropa Birliyinə daxil olan ölkələr, hətta bəzi Latın Amerikası ölkələri, ərəb ölkələrinin bəziləri də Trampın bu qərarını dəstəkləmir”.

Politoloq vurğulayıb ki, Trampın bu qərarı Suriyadakı məğlubiyyət və ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna vurulan ziyanla bilavasitə əlaqəlidir:

“Burada Tramp ailəsinin yəhudilərlə qohum olması, yəhudi lobbisinin təsiri və s. faktorlar da var. Obamanın Suriyadakı siyasəti ABŞ-ın məğlub olmasının əsasını qoydu. Amma Tramp burada məğlubiyyətin əvəzini bu qərarla çıxmağa çalışır. O dünyaya göstərmək istəyir ki, ABŞ zəif deyil. Suriyada İran, Rusiya, Tükiyə ABŞ-a üstün gəldilər. Bununla ABŞ psixololji məğlubiyyət sindromunu aradan qaldırmaq istəyir. Bir zamanlar da ABŞ-ın “Vyetnam” sindromu var idi. İkinci belə hadisə yəqin ki, Suriyada baş verən hadisələrdir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb və Dövlət Departamentinə səfirliyin Qüdsə köçürülməsi ilə bağlı göstəriş verib.
Sosial şəbəkələrdə paylaş: