“Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur? Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb
“Tarxin izində ” başlıqlı təlimin yekun tədbiri keçirilib QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ
Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO



» » Savaş hazırlığı


Savaş hazırlığı

7-12-2017, 10:03
Oxunma sayı: 78
 Savaş hazırlığı
Bütün hallarda vəziyyət acınacaqlıdır. Ona görə ki, Ermənistan məsələnin sülh yolu ilə həllindən uzaqlaşaraq, yenə də müharibə hazırlıqları görür. 100 milyon dollarlıq silah-sursatın da Qarabağda yerləşdiriləcəyi gözlənilir.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistan parlamentinin Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə kreditini ratifikasiya etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan tərəfi Ermənistanın hansı silah-sursatları əldə etdiyini, həmin silahların harada yerləşdirdiyini diqqətlə izləyir:

“Azərbaycan bununla bağlı dərhal cavab tədbirləri görmək niyyətində deyil. Çünki Azərbaycanın öz hərbi texniki proqramı var və həmin proqramın prioritetləri də məlumdur. Bu məsələ diqqət mərkəzində saxlanılır, hətta onların Rusiya ilə imzaladığı müqavilənin şərtləri ilə də Azərbaycan tərəfi izləyir. Amma Ermənistanın imkanları yoxdur ki, Azərbaycanla bu sahədə rəqabət aparsın. Çünki biz Rusiyadan qat-qat müasir və daha yeni texnikalar alırıq. Aldığımız silahların qiyməti də Ermənistanın Rusiyadan əldə etdiyi silah kreditinin həcmindən qat-qat çox olur. Ermənistan bundan əvvəl Rusiyadan 200 milyon dollar həcmində, indi isə 100 milyon dollarlıq kredit əldə edib. Müqayisə üçün deyim ki, Azərbaycanın Rusiyadan əldə etdiyi ümumi hərbi texnikanın, hərbi məhsulların dəyəri 5 milyard dollar həcmindədir”.

Politoloq qeyd edib ki, burada əsas diqqətçəkici məqam Ermənistan tərəfinin hər dəfə Rusiyanın onlara daha yumşaq şərtlərlə kredit verdiyini, hətta bəzən təmənnasız silah yardımı etdiyini səsləndirməsidir:

“Belə hallar baş verdikdə Azərbaycan Rusiyadan bunun səbəbləri ilə bağlı konkret açıqlamalar tələb etmək iqtidarındadır. Ona görə də bunu bilən Rusiya tərəfi bu cür açıq yardımlardan, addımlardan çəkinir və dolayı yollar axtarır. Amma əlbəttə ki, Ermənistanın belə addımları vəziyyətin mürəkkəb olduğundan xəbər verir. Bu da bizə müharibə üçün daha ciddi səylərlə hazırlaşmağımıza əsaslar verir”.

Qeyd edək ki, Ermənistan parlamenti Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə kreditini ratifikasiya edib. Kredit xətti Ermənistan tərəfindən 2018-2022-ci illərdə istifadə edilməlidir.
Sosial şəbəkələrdə paylaş: