"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+)
Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr
Sərnişin avtobusu qəzaya uğradı Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur - FOTOLAR Ucar rayonunda təlim keçirildi. Yeni ictimai birlik fəaliyyətə başladı



» » Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ


Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ

14-09-2017, 08:09
Oxunma sayı: 116
Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ“Yeni imzalanacaq sazişə siyasi, iqtisadi-ticari, enerji regional təhlükəsizlik və Dağlıq Qarabağ istiqamətlərinin daxil ediləcəyi şübhəsizdir”

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.

Biz Avropa İttifaqı ilə tərəfdaşlığımızın səviyyəsindən çox məmnunuq və Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əlbəttə ki, əməkdaşlığımız yalnız ticarət və energetika sahələri ilə məhdudlaşmır, geniş sahələri əhatə edir. Brüsselə son səfərini uğurlu səfər kimi dəyərləndirən dövlət başçısı qeyd edib ki, səfərindən dərhal sonra Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar prosesi başlanıldı və bu danışıqlar hazırda uğurla davam etdirilir.

Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın çox geniş gündəliyə malik olduğunu qeyd edərək siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizmla bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminliyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqı ilə münasibətlər 2004-cü ildən qurulub. 2004-cü ildə Azərbaycan Aİ-nin Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı Proqramına daxil edilib. 2011-ci ilin yanvarında isə prezident İlham Əliyev və Avropa Komissiyasının sabiq prezidenti Jose Manuel Barroso enerji sahəsində «Cənub Qaz Dəhlizi» layihəsi üzrə Birgə Bəyannamə imzalayıb.
Azərbaycan və Avropa arasında son illərdə ən çətin münasibətlər isə 2015-ci ildə mövcud olub. Belə ki, həmin il sentyabrın 10-da Avropa Parlamenti Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib.

Bundan sonra Azərbaycan qətnaməni “ədalətsiz və qeyri-obyektiv” adlandıraraq Avropa Parlamenti ilə münasibətlərini kəsmişdi. Həmçinin Avropa İttifaqı ilə Strateji tərəfdaşlığa dair sazişin müzakirəsi üçün Avropa İttifaqı Komissiyası heyətinin Azərbaycana səfəri təxirə salınmışdı.
Münasibətlər bir il sonra, Milli Məclisin “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar qəbul etməsindən sonra yumşalıb.

Avropa İttifaqı ilə yeni sazişin hazırlanması üçün isə 2016-cı ilin noyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr və təhlükəsizlik siyasətinin nümayəndəsinə müzakirələr aparmaq üçün mandat verib. Saziş barədə danışıqlara fevral ayında Brüsseldə başlanılıb. Danışıqlar üzrə son tarix hələ məlum deyil. Ekspertlərin fikrincə, bu, tərəflərin müzakirə mövzularına yanaşmasından asılı olacaq. Danışıqları Azərbaycandan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev aparır.

İmzalanacağı gözlənilən sənədin nələri əhatə etdiyinə gəlincə, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən hazırkı müzakirə edilən saziş Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (Sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür. Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.

Azərbaycan Avropa İttifaqı ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Hər iki tərəf görüşlərində sazişin əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu dilə gətirərək, bu layihə ilə əlaqədar qarşılıqlı anlaşma olduğunu büruzə veriblər.
Saziş barədə mandat əldə edilərkən gedən müzakirələrdə bildirilirdi ki, Avropa İttifaqı qonşuları ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir. Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqının siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydalana biləcək.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycanla bu tip sazişi hazırlamaq Avropa İttifaqı üçün də asan deyil. Çünki Avropa İttifaqı ilk dəfə olaraq Dünya Ticarət Təşkilatına daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlməlidir. Bunun üçün Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olanadək bu qurumdakı mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılmalıdır.

Bundan başqa, regional stabillik, Qarabağ məsələsi, iqtisadi-ticari danışıqlara dair ortaq dil tapmaq da uzun müzakirələrə səbəb ola bilər: “Bu saziş Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkələrlə bağladığı sazişlərə çox bənzəyir, bura siyasi, iqtisadi-ticari, enerji, regional təhlükəsizlik və Dağlıq Qarabağ istiqamətlərinin daxil ediləcəyi şübhəsizdir. Lakin hələlik sənədə daxil olacaq maddələrin dəqiq sayı naməlumdur.

Siyasi əməkdaşlıq daha önəmli olacaq. Bundan başqa, iqtisadi və enerji sahəsi də əhəmiyyətli hesab edilir. Məlumatlara görə, yeni imzalanacaq saziş Azərbaycan məhsullarının Avropa İttifaqının bazarlarına çıxışının yaxşılaşması məqsədilə Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılmasını da nəzərdə tutur. İnsan haqları məsələsi də bu sazişin əhəmiyyətli hissəsi hesab olunur".

Politoloq bir maraqlı məqamı da qeyd etdi ki, hazırda Avropa İttifaqı ilə əməkdaşlıq məsələsində Azərbaycan qardaş Türkiyədən irəlidədir. Türkiyə ilə bu mötəbər beynəlxalq təşkilat arasında gərginlik yaşanır, danışıqlara tamamilə son qoyulması gözlənilir. Azərbaycan-Aİ danışıqları isə artıq yeni bir sazişin imzalanması ilə nəticələnmək üzrədir.

Etibar SEYİDAĞA
Sosial şəbəkələrdə paylaş: