Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhvəsi Tomas Mor: filosof, humanist, Xalq Adamı Müslüm Maqomayevin həyatı uzunluğunda olan mahnılar Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK
Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır?



» » ABŞ, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır.


ABŞ, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır.

25-08-2017, 15:12
Oxunma sayı: 83
ABŞ,  Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır.
ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi getdikcə daha aydın cizgi alır və konkretləşir.

Bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın son açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Buna qədər səslənən fikirlərin sadəcə diplomatik manevrlər olduğunu vurğulayan politoloq Vaşinqtonun mövqeyindəki bu dəyişikliyi müsbət amil olaraq qiymətləndirib:

“Amerikalı həmsədrin bəyanatında Dağlıq Qarabağın hüdudlarından kənarda olan torpaqların birmənalı surətdə suveren Azərbaycan əraziləri olduğu vurğulanır və açıq mətnlə qeyd edilir ki, işğalçı qoşunlar o ərazilərdən çıxarılmalıdır. Üstəlik, amerikalı həmsədr bunu problemin həllində açar nöqtəsi hesab edir və məsələnin sonrakı prosesi üçün vacib sayır. Bu məsələ Madrid prinsiplərində də öz əksini tapıb. Ən əsası ABŞ-da sanki bir ayılma prosesi gedir. Bunu irəliyə doğru atılmış addım hesab etmək olar”.

Politoloq qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi də diqqət çəkir:

“ABŞ əvvəllər Dağlıq Qarabağ probleminin həllini ərazi bütövlüyü məsələsi və millətlərin öz müqəddaratını təyinetmə hüququ sintezi nəticəsində görür, üstəlik, Dağlıq Qarabağda referendum keçirilməsinin mümkünlüyünü irəli sürürdü. Bu iki bir-birinə zidd beynəlxalq hüquq norması işi düyünə salırdı. Ancaq ABŞ-ın budəfəki mövqeyində problemin həlli ilə bağlı yaxınlaşma hiss olunur və zidd məqamlara yer verilmir. Dağlıq Qaarabağın statusu məsələsində tam olmasa da, müəyyən dərəcədə obyektivliyə dönüş hiss edilir və status məsələsinin qaçqınların geri qayıtması və ərazilərin realibitasiyasından sonra, ən son məqamda tərəflərin qarşılıqlı kompromisi əsasında mümkünlüyü qeyd edilir.

Əslində, ABŞ burada Bakıya manevr imkanları üçün yer qoyub. ABŞ-la yanaşı, Fransanın mövqeyində də dəyişiklik hiss edilir. Hesab edirəm ki, Qərb dövlətləri postsovet məkanındakı ölkələrin rəğbətini qazanmaq istəyirlərsə, bu məsələdə majistik dəstək hesabına ictimai rəydə yaradılan rəylərdən vaz keçməli və çox da uzaq olmayan tarixdə baş vermiş həqiqətlərə obyektiv yanaşma sərgiləməlidirlər”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb və Madrid prinsiplərinə əsaslanan mühüm elementləri sadalayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın “mürəkkəb tarixini” nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.

R.Hoqland hesab edir ki, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünü-idaərçiliyi təminat altına alsın.

Səfir ikinci element olaraq bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır.

Hoqland onu da qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

Sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququnun təmin edilməsi də vurğulanır.

Səfir Riçard Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb.
Sosial şəbəkələrdə paylaş: