Neft ucuzlaşır Atəşkəs rejimi 125 dəfə pozulub Qızıl ucuzlaşır, gümüş bahalaşır Poroşenko: “ABŞ Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayırıb”
Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı... Paşazadənin “vurulması“nın şok səbəbləri Qardaşı qızı ilə sevişərkən tutulan aparıcı ilə bağlı məhkəmə qərar qəbul etdi - FOTOLAR Azərbaycanda orta məktəbdə faciə...
"Qız atası"nın Vidadisi oğlunu evləndirdi - FOTOLAR Azərbaycan musiqisinin korifeyinə təzim “TurAz Qartalı - 2017” təlimləri başlayıb "Enerji içkiləri insanları məhvə aparırır" - Dietoloq Leyla Zülfüqarova



» » “Ərəb NATO-su” nə işə yarayacaq ?


“Ərəb NATO-su” nə işə yarayacaq ?

1-06-2017, 08:16
Oxunma sayı: 58
“Ərəb NATO-su” nə işə yarayacaq ?Bəlkə də Fransa zəhləmizi tökmüş bu Minsk Qrupunun həmsədri olmasaydı V.Putinin bu ölkəyə səfəri o qədər də diqqətimizi çəkməzdi və yalnız bu xüsusdakı xəbərləri izləməklə kifayətlənərdik.


Amma Fransa həmsədrdir və biz bu səfərdə də Qarabağ probleminə açar ola biləcək detallar aramağa məcburuq. Hərçənd ki, böyük siyasət baxımından götürəndə də səfər heç də maraqsız deyildi.


İndi Avropada yeni geosiyasi ox formalaşdırmaq üçün işlər gedir və hamı kimi bizə də maraqlıdır ki, görən, Fransanın ən gənc prezidenti bu prosesə nə kimi töhfələr verəcəkdir...


Qafqaza gəldikdə isə, Avropa ölkələrini keçmiş sovet məkanı konteksində daha çox Ukrayna maraqlandırır və biz də getdikcə buna alışmağa başlayırıq.


Bir daha özümüzə gəldikdə isə, nə qədər qəribə olsa da, Qarabağ mövzusu da Fransadakı seçkilər zamanı arabir gündəmə gəlirdi. İndiki Fransa prezidenti rəqibi Marin Le Pendən fərqli olaraq ümumi sözlərlə olsa da, hər halda, problemin həllinə çalışacağını deyirdi.
Amma səfərdə mənim diqqətimi başqa detal cəlb etdi. V.Putin elə ilk fürsətdəcə ölkəsinin başqa dövlətlərdəki seçkilərə müdaxilə etmədiyini dedi. Elə bil heç Le Peni Kremldə qarşılayan V.Putin deyildi...


Məhz buna görə də yeni Fransa prezidenti ilə V.Putin arasında soyuq münasibətlərin hakim kəsiləcəyini düşünənlər daha çox idi. Amma buz tez əridi və ilk görüş baş tutdu...


Bu, bəlkə də ona görə vacib idi ki, hazırda istər Avropada olsun, istər Yaxın Şərqdə, istərsə də bizim Qafqazda - bir sözlə, hər yerdə intensiv siyasi proseslər gedir.


Bizə təbii, Qafqaz daha yaxındır... Burada da - Qafqazda “gərgin siyasi durum hökm sürür” desək, heç bir qətrə də yanılmarıq. Elə bu günlərdə Gürcüstanda NATO Parlament Assambleyasının toplantısı keçirildi. Azərbaycan prezidenti D.Trampın da qatıldığı “Ərəb-İslam-Amerika” sammitində iştirak etdi. Bu gün-sabah Azərbaycana Səudiyyə Ərəbistanı müdafiə nazirinin də təşrif buyuracağı gözlənir...
Qərəz, bir tərəfdə - qonşu Gürcüstanda NATO-nun özü, o biri tərəfdə - Ərəbistanda isə “İslam NATO-su”...


Bəli, ən azı biz siyasi təhlilçilər darıxmayacağıq. Amma hamı bizdən bir suala cavab gözləyir: Azərbaycanın seçimi nə olacaqdır?..
“Ərəb NATO-su”nun ən əsas hədəfi İran olmasa da, bütün hallarda məqsəd bu ölkəyə qarşı da koalisiya yaratmaqdır. Güman edirik ki, elə bu detalın özü Azərbaycanın seçiminə müəyyən qədər işıq salır: rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistandan başqa heç bir qonşusuna qarşı siyasi-hərbi koalisiyada iştirak etməyəcək.


Düzdür, zamanla bahəm həm də geostrateji çağırışlar da dəyişir - siyasət heç də statik proses deyildir, dünən bir şey, bu gün isə başqa şey deyilə bilər...


Amma düşünürük ki, nəticələrlə tələsmək lazım deyil - Azərbaycanın geosiyasi baxımdan “ərəbləşmə”sinə hələ aydınlıq gəlməlidir və indilik söylənilənlər prosesin istiqamətini tutmaq üçün yetərli deyildir...


O ki qaldı Azərbaycanın adıçəkilən sammitə marağına, bunu iki aspektdən yozmaq olar. Birincisi, sammitdə ABŞ prezidenti də iştirak edirdi və bu da onun siyasi çəkisini, ona qarşı marağı artırırdı. İkincisi, son vaxtlar baş verən proseslərdən, xüsusən də Rusiyada Azərbaycan Konqresinin bağlanması ilə bağlı çıxarılan məhkəmə qərarından sonra Bakı Rusiyanı “sancmaq” üçün bir fürsət arayırdı. Düşünürük ki, “ərəb - islam - NATO-su” belə siyasi “iynə” rolu üçün heç də pis fürsət deyildi.


Amma bununla bahəm bir daha deyirik ki, uzağa gedən nəticələrin tərəfdarı deyilik. Təbii ki, “İslam NATO-su” rəsmi Bakı üçün əsl NATO qədər vahiməli deyil - qurulacağı təqdirdə güman ki, o, öz üzvlərinin daxili siyasi sahmanına qarışmayacaq.


Təsadüfi deyil ki, sammitdə iştirak edən rəsmilərimizin yadında daha çox Trampın “ABŞ daha müsəlman ölkələrinin daxili işinə qarışmayacaq!” sözləri qalmışdı. Halbuki, istisna deyil ki, Tramp orada başqa maraqlı fikirlər də demişdi. Amma adam adətən o şeyləri daha tez və asan yadda saxlayır ki, onları eşitmək istəyir...


Məsələnin geosiyasi aspektinə gələndə, hipotetik alyans bütün hallarda hərbi ittifaq olmağa israrlıdır. Bu isə Azərbaycanın həm bloklara qoşulmayan ölkə statusu ilə, həm də yürütdüyü siyasətlə ziddiyyət təşkil edir.


Üstəlik, böyrümüzdə İran və Rusiya da vardır. Ona görə də tələsməyi heç məsləhət bilməzdik, gəlin hadisələrin inkişafını gözləyək...

Hüseynbala Səlimov
Sosial şəbəkələrdə paylaş: