Ziya Məmmədovu bitirən şok səbəb » Respublik.info
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib Qlobal istiləşmə intiharların sayını daha da artıracaq
Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO



» » Ziya Məmmədovu bitirən şok səbəb


Ziya Məmmədovu bitirən şok səbəb

13-10-2015, 09:21
Oxunma sayı: 780
Ziya Məmmədovu bitirən şok səbəbMəmmədovlar klanını qara günə Ağ Ev iddiası qoyub; ABŞ-da prezident seçkilərinin ilkin mərhələsi başladıqdan sonra nazir və oğlu Azərbaycan iqtidarını şərikləri olan Donald Trampa həm maddi, həm də siyasi dəstək verməyə razı salmaq istəyib; Məmmədovların niyə uzaq Amerikada olan seçkilərlə bu qədər ciddi maraqlanmasının səbəbi üzə çıxdıqda isə...

Nəqliyyat naziri Ziya Məmmədovu hakimiyyətin qəzəbinə gətirən səbəblər haqda “Yeni Müsavat”a daha bir sensasion məlumat daxil olub. Xəbərə görə, nazirin “vurulması” heç də Nəqliyyat Nazirliyindəki maliyyə maxinasiyaları ilə bağlı deyilmiş. Həqiqətən də 13 ildir nazir olan Z.Məmmədov bu illər ərzində iqtidarla işini “zərgər dəqiqliyi” ilə görməyə çalışıb. Mənbə deyib ki, onun qəfil “ilişməsi” və bütün yollarının bağlanmasına əsl səbəb Məmmədovların siyasi ambisiyaları imiş.

Həm Heydər Əliyev iqtidarı, həm də İlham Əliyevin prezidentliyi dönəmində hakim komandada yanlış davranış sərgiləyənlərə, hətta müxalifətə maliyyə dəstəyi verənlərə münasibətdə güzəşt olub - belələri canlarını vəzifələrini itirməklə qurtara biliblər. Lakin bu iqtidarlar onun arxasından iş çevirərək, siyasi xəyanət yolunu tutanları heç vaxt bağışlamır. 2005-ci ildə iki nazirin kabinetində qandallanması buna sübutdur. Prezident İlham Əliyev onlardan biri - sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsi ilə bağlı danışarkən onu yanına çağırdığı və siyasi xəyanətlə bağlı söhbət etdiklərini açıqlamışdı. Prezident demişdi ki, F.Əliyev faktları təkzib etmiş, hətta Qurana and içmişdi. Amma hakimiyyət F.Əliyevin gərək ki, Amerika səfiri ilə (və Rəsul Quliyevlə) təmasları barədə təkzibolunmaz faktlara sahib idi və bu səbəbdən nazir 9 il (2005-2014) həbsdə yatmalı oldu. Əslində korrupsiyada deyil, “siyasi xəyanətdə” ittiham olunan Əli İnsanov isə hələ də həbsdədir...

Məlumatda deyilir ki, Ziya Məmmədovu bitirən səbəb onun oğlunun amerikalı şəriki, daşınmaz əmlak və kazino maqnatı, milyarder Donald Trampla ilişkiləridir. Məlumdur ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən 16 nəfər sırasında Donald Tramp da var. Tramp gözlənilmədən çox uğurlu kampaniya aparır və partiyadaxili praymerzlər onun gələn il keçiriləcək prezident seçkisində respublikaçılardan ən şanslı namizəd olacağını göstərir. Trampın hazırkı yüksəlişinin arxasında onun xarizmatik personası, liderlik qabiliyyəti, özünəməxsus stili və ən başlıcası, Amerika cəmiyyətində tanınması böyük rol oynayır.

Donald Trampın adı Azərbaycanda nəqliyyat nazirinin oğlu Anar Məmmədovun ortağı kimi məşhurdur. Bakının Nərimanov rayonunda, Heydər Əliyev Mərkəzinin bir addımlığında tikilmiş mehmanxana-apartament əvvəl “Baku Towers” adlansa da, sonradan Məmmədovların amerikalı milyarder şərikinin istəyi ilə “Trump Towers” olaraq dəyişib.
Sosial şəbəkələrdə paylaş: