Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq deputatlar – SİYAHI


Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq deputatlar – SİYAHI

2-10-2015, 17:35
Oxunma sayı: 564
Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq deputatlar – SİYAHIParlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb.
“Report” xəbər verir ki, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-də günün sonunda bitib.
Bununla da Milli Məclisin hazırkı deputatlarından parlament seçkilərində iştirak etməyənlərinin adları məlum olub. Ümumilikdə, 20 deputat yenidən namizədliyini irəli sürməyib. Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament fraksiyasının üzvüdür. YAP deputatlığa namizədlərinin siyahısını hazırlayanda onlardan 13 nəfərinin adını rəsmi namizədlər siyahısına daxil etməyib. Hakim partiyanın namizədlərindən biri seçki prosesindən çəkildiyini və namizədliyini geri götürdüyünü açıqlayıb.
Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı və 5 bitərəf deputat yenidən seçkiyə qatılmayıblar.
Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq hazırkı deputatların siyahısını təqdim edirik.
İsmayıl Hacıyev – YAP
Abel Məhərrəmov – YAP
Qalib Salahzadə – YAP
Arif Əşrəfov – YAP
Fərhad Qəribov – YAP
Cəlal Əliyev – YAP
Aslan Cəfərov – YAP
Ayaz Orucov – YAP
Ərəstun Cavadov – YAP
Gülçöhrə Məmmədova – YAP
Əhməd Vəliyev – YAP
Rəbiyyət Aslanova – YAP
Nazim Fərəcov – YAP
Leyla Abdullayeva – YAP (namizədliyini geri götürüb)
Elton Məmmədov – bitərəf
Ceyhun Osmanlı- bitərəf
Aydın Abbasov – bitərəf
Etibar Hüseynov – bitərəf
Arif Alışanov – bitərəf
Sabir Rüstəmxanlı – Vətəndaş Həmrəyliyi Partiyasının sədri
Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.
Sosial şəbəkələrdə paylaş: