104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » Kuçma Donbasdakı vəziyyəti Dağlıq Qarabağ münaqişəsinə bənzətdi


Kuçma Donbasdakı vəziyyəti Dağlıq Qarabağ münaqişəsinə bənzətdi

13-09-2015, 00:14
Oxunma sayı: 458
"Donbasdakı vəziyyət Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri kimi “dondurulmuş münaqişə” vəziyyətinə gətiriləcək". APA-nın “Ukrainskaya Pravda” ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın sabiq prezidenti, üçtərəfli təmas qrupunun ukraynalı həmsədri Leonid Kuçma deyib. “Görün, müxtəlif səviyyələrdə nə qədər komissiyalar yaradılıb. Nə olsun? Heç olmazsa, bircə problem həll olunubmu? Xeyr. Problemin həlli istiqamətində, tunelin sonunda, bir işıq görünürmü? Xeyr. Gürcüstan, Moldova və Azərbaycanda olan bu problemlərin belə vəziyyətdə qalması, sanki, dünyanı qane edir. Getdikcə Ukraynadakı hadisələr beynəlxalq ictimaiyyətdə daha az səslənir. Avropa KİV-lərində Ukraynada baş verən hadisələr, demək olar ki, daha işıqlandırılmır”, deyə o qeyd edib. Ukraynanın Donbasdakı vəziyyətin “dondurulmuş münaqişə” vəziyyətinə gətirilməsini qəbul edib-etməyəcəyinə dair sula cavabında Kuçma hazırda baş verənlərin məhz münaqişənin dondurulmasına doğru getdiyini vurğulayıb.
Sosial şəbəkələrdə paylaş: