İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub Layihə çərçivəsində 2-ci təlim keçirildi Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər! İlan sancan adama bunu etsəniz zəhər qana keçməz - Həkimə qədər! Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Arıqladır, təbii antidepressantdır… Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK Zərərli vərdişlər beyin xəstəliyidir… Selena qorxu obrazında - Fotolar



» » İlham Musaoğlu: "Sənin gözlərinə bax bilmirəm"


İlham Musaoğlu: "Sənin gözlərinə bax bilmirəm"

15-11-2017, 14:44
Oxunma sayı: 237
İlham Musaoğlu: "Sənin gözlərinə bax bilmirəm"
Respublika.info İlham Musaoğlunun şeirlərni təqdim edir
Gözəlləşib Gəncə çayı

Gəncə çayı saf, müqəddəs
Aldığımız, azad nəfəs
Ürəklərdə, coşqun, həvəs
Şaqraq səsli, hay-harayı
Gözəlləşib, Gəncə çayı

Görünüşü, əsrarəngiz
Canımız tək, doğma, əziz
Suyu şəffaf, ruhu təmiz
Seyrangahdı, qışı-yayı
Gözəlləşib, Gəncə çayı

Göz oxşayır, səhər-səhər
Sevincindən, gülür şəhər
Sabahımız, xeyir-bəhər
Paklıq rəmzi, ağ qağayı
Gözəlləşib, Gəncə çayı

Axşamları, çox ecazkar
Əsir sərin, meh, gilavar
Öz sehrli, aləmi var
Bu gün yoxdur, onun tayı
Gözəlləşib, Gəncə çayı


Yaraşıqdı, Gəncəmizə
Nur paylayır, gecəmizə
Həyat verir, öncə bizə
Ömrümüzün, tanrı payı
Gözəlləşib, Gəncə çayı

Gəldi xoş gün, bu xoş zaman
Gəzişirlər, qoca, cavan
Fərəhlənir, baxıb, insan
Salamlayır, günəş, ayı
Gözəlləşib, Gəncə çayı

İlham deyir, sözü gerçək
Mənzərəsi, necə göyçək
Sahil boyu, çəmən, çiçək
Sevənlərin, artıb sayı
Gözəlləşib, Gəncə çayı
Gözəlləşib, Gəncə çayı






Atamın yanına köçdü anam da

Anam dünyasını, dəyişən zaman
Mən onda bildim ki, yetimlik nədir
O varlıq gözümdən, getməyir bir an
Həyat özlüyündə puç, əfsanədir

Anamı itirdim, qəfildən Allah!
Söndü çırağımın, sönməz işığı
Anamı itirdim, həmin gün vallah
Getdi evimizin, yar-yaraşığı


Anam da qovuşdu, əbədiyyətə
Ömrümü anasız sürəcəyəm mən
Yalnız inanıram, bir həqiqətə
Nə vaxtsa anamı görəcəyəm mən


Qəlbimi göynətdi, son dəfə səsi
Titrək danışığı, qulağımdadır
Başımın üstündə, ilıq nəfəsi
Ruhu daim mənim ocağımdadır

Anama ana yox, “bacı” deyirdik
Təkcə adı bizə, şan-şöhrət idi
Ona başımızın, tacı deyirdik
Anam bizdən ötrü, var-dövlət idi

Bəlkə də, atam da, darıxıb deyə
Atam seçən yolu, seçdi anam da
Təsəllim odur ki, ancaq bir şeyə
Atamın yanına köçdü anam da


Nəzərdə tutmuşam, qoyum adını
Özünün gələcək nəticəsinə
Bununla da, alım, şirin dadını
Baxıb o körpənin əyləncəsinə


Ana müqəddəsdir, ana əzizdir
Hər ana çöhrəsi, açır səmada
Ana mələklər tək, pakdır, təmizdir
Analar ölməyir, uçur səmada








Sənin gözlərinə baxa bilmirəm

Gözlərin olduqca çox ecazkardır
Sənin gözlərinə baxa bilmirəm
Sanki o gözlərdə möcüzə vardır
Sənin gözlərinə baxa bilmirəm


Məni o gözlərin məftun eyləyib
Özümdən xəbərsiz məcnun eyləyib
Səməd Vurğun kimi vurğun eyləyib
Sənin gözlərinə baxa bilmirəm


O gözlər qəlbimi, yandırıb yaxır
Elə bil içimdən ildırım çaxır
Onsuz biləcəksən sən əzəl-axır
Sənin gözlərinə baxa bilmirəm


Axı nə danışım, axı nə deyim
Hələ tükənməzdir, arzu-diləyim
Başlıcası odur, dözmür ürəyim
Sənin gözlərinə baxa bilmirəm


Son vaxtlar sarsıntı məni çox sıxıb
Artıq hədəqədən o gözlər çıxıb
İlhamın öz adı yadından çıxıb
Sənin gözlərinə baxa bilmirəm
Sənin gözlərinə baxa bilmirəm






Bəxtəvər olsun başın bəxtimiz oğlan imiş

Arvad, nəsil kökümüz dəqiq müsəlman imiş
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş


Bizlər yalan satmışıq, özümüz özümüzə
Nankorlar rişxənd edib, həqiqi sözümüzə
Həmişə dələduzlar, dayanıb üzümüzə
Gördükləri işlərin, hamısı üsyan imiş
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş


Uşaq-muşaq qanmayıb, heç yerdə böyük-kiçik
Odur ki, vətənindən, çoxları düşüb incik
Bəlkə bizə göz dəyib, yandıraq bir üzərlik
Üstümüzə xox edən, sən demə xortdan imiş
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş


Dillərdən, ağızlardan, düşməyirdik son zaman
Onlarda qalmamışdır, namus, qeyrət, nə vicdan
Xeyli sayda çoxalmış, daxili qara dovşan
Bizləri parçalayan, bir başa aslant imiş
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş



Əlbəttə ki, hamımız diqqətli olmalıyıq
Bir yerə çəkic vurub, qüvvətli olmalıyıq
Keçmişə nəzər salıb, qeyrətli olmalıyıq
Torpaq əldən gedibdir, üstəlik talan imiş
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş





Hamımız bilməliyik, xalqı incitmək olmaz
Bu torpağa, dövlətə, xəyanət etmək olmaz
Millətin xatirinə, səhv yolla getmək olmaz
Məmurların bir qismi, bir əfi ilan imiş
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş


Dinləməyi bacaraq, eşidək camaatı
Hər şeyi tənzimləyib, verməyək ehtiyatı
Maşallah hələ çoxdur, dövrümüzün fanatı
Söz aparıb gətirən, gizlində cırtdan imiş
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş

Həyatda itirməyək, halal nemət, çörəyi
Əbədi yaşadığın, xoş arzu, xoş diləyi
Yüksəklərə qaldıraq, şan-şöhrəti, əməyi
Ədaləti pozmayın, bu bəla tufan imiş
Tutduqları əməllər, necə də qan-qan imiş
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş

İlham Musaoğlu
Sosial şəbəkələrdə paylaş: