Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhvəsi Tomas Mor: filosof, humanist, Xalq Adamı Müslüm Maqomayevin həyatı uzunluğunda olan mahnılar Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK
Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır?



» » Azərbaycan musiqisinin korifeyinə təzim


Azərbaycan musiqisinin korifeyinə təzim

18-09-2017, 15:46
Oxunma sayı: 193
Azərbaycan musiqisinin korifeyinə təzim

Musiqiçilər, eləcə də musiqiyə aidiyyatı olan bütün insanlar dahi Üzeyir bəyin nailiyyətlərini və yaradıcılığını bilirlər. Üzeyir Hacıbəyli dahi bəstəkar olaraq qalmaqda, Azərbaycan SSR və Azərbaycan Respublikası himninin müəllifi, Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, dirijoru, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938-1948), musiqişünas, publisist, dramaturq, pedaqoq, SSRİ-nin Xalq Artisti olmaqla yanaşı bütün müsəlman Şərqində ilk opera olan “Leyli və Məcnun”u yazmışdır.
Üzeyir Hacıbəyli müxtəlif illərdə bir sıra gözəl musiqi əsərləri, o cümlədən “Şeyx Sənan”, “Koroğlu” operalarını, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarını və “Sənsiz”, “Sevgili canan” lirik romanslarını (kamera vokal musiqisinin yeni janrı qəzəl-romansda yaradılan) yaratmışdır.
Üzeyir bəy 18 sentyabr 1885-ci ildə Ağcabədidə Əbdülhüseyn Hacıbəyov və Şirinbəyim xanımın ailəsində anadan olmuşdur. Üzeyirin atası, Üzeyir Hacıbəylinin tərbiyəsinə böyük təsiri olmuş Xurşudbanu Natəvanın şəxsi katibi idi. Kiçik yaşlarından o, musiqi ilə məşğul olur, Azərbaycanın xalq alətlərində ifa etməyi öyrənir, muğam oxuma dərsləri alırdı. O, həmçinin skripkada, violonçeldə və nəfəsli alətlərdə ifa etməyi öyrənmişdi (Qoridəki müəllimlər seminariyasında təhsil aldığı zaman). Seminariyada təhsil aldığı zaman o, uzun müddət ona dost və silahdaş olacaq Müslüm Maqomayevlə tanış oldu. Daha sonra onlar bacanaq da oldular, belə ki onlar iki bacı ilə ailə həyatı qurdular. Və daha bir təsadüf, həm Üzeyir bəy, həm də Müslüm Maqomayev eyni gün və ildə, 18 sentyabr 1885-ci il tarixində anadan olmuşdular.
Qori seminariyasını bitirdikdən sonra Üzeyir Hacıbəyli Bibiheybətdə Bakı məktəblərində dərs demişdir. 1911-ci ildə o, öz təhsilini Moskva filarmoniya cəmiyyəti nəzdindəki musiqi kurslarında davam etdirdi. Bir illik təhsildən sonra o, Sankt-Peterburqa köçdü və orada konservatoriyada V.Kalafattinin sinfində təhsil aldı. Dahi Üzeyir bəyin Müslüm Maqomayevlə yazışmalarından götürülmüş və onların möhkəm dostluq əlaqələrini göstərən maraqlı bir faktı Sizinlə bölüşmək istəyirəm. Yazışmadan aydın olur ki, Müslüm Maqomayev bəstəkarın təhsili üçün tələb olunan bütün xərcləri öz üzərinə götürmüşdü. Məktublardan birində Üzeyir bəy bildirir ki, onun həyat yoldaşı Məleykə xanım Terequlova pul yığıb, bu ay və bundan sonrakı ay pul göndərmək lazım deyil. Buna cavab olaraq Müslüm Maqomayev ona belə deyir: “Özünü böyük kimi aparma və qənaət də etmə. Sən Azərbaycan xalqına sağlam lazımsan. Mən hər ay sənə pul göndərəcəyəm. Sənin işin oxumaq və Vətənə sağlam geri dönməkdir”.
O, operadakı partiyanı qadına, əfsanəvi Şövkət Məmmədovaya etimad edən Azərbaycanın birinci bəstəkarıdır. O, həmçinin Şövkət Məmmədovanın İtaliyadakı təhsilini maliyyələşdirmək məqsədilə xeyriyyə konserti təşkil etmişdir. Üzeyir bəy lüğətlərin, elmi məqalələrin, məcmuələrin, satirik və qəzet məqalələrinin müəllifidir. Onun rəhbərliyi altında ilk milli opera truppası yaradıldı (1908-ci ildə). Həmçinin o, Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasının təşəbbüskarı idi, eləcə də Bakı Filarmoniyası nəzdində Azərbaycan Dövlət Xorunun yaradılmasında iştirak etmişdir. Üzeyir bəy bir çox tanınmış Azərbaycan bəstəkarı və musiqiçisinin müəllimi kimi tanınır. Onların arasında Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Cövdət Hacıyev, Tofiq Quliyev, Cahangir Cahangirov, Şəfiqə Axundova kimi dahi insanların adlarını sadalamaq olar.
Üzeyir Hacıbəyli 23 noyabr 1948-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Bir məqalədə Üzeyir bəy Hacıbəylinin bütün xidmətlərini sadalamaq qeyri-mümkündür. O, Azərbaycan musiqisinin, mədəniyyətinin və təhsilinin inkişafına dəyəri ölçülməz töhvə vermişdir. Əbəs yerə deyil ki, onun ad günü milli musiqi günü kimi qeyd olunur, onun adı ilə Azərbaycan SSR-nin Dövlət mükafatı adlandırılıb, onun adı Bakıda prospektə və Bakı Dövlət Konservatoriyasına verilib.
Məqaləmi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Belə bir yayılmış ifadə mövcuddur; Belə insanlar yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma artıq yüz il keçmişdir – Üzeyir Hacıbəyov 1885-ci ildə anadan olmuşdur – onun dünyaya gəlməsindən sonra artıq ikinci əsr davam edir, lakin xalq-tamamilə yeni nəsil- bu bəstəkarı unutmur. Mən əminəm ki, gələcək nəsillər də mədəniyyətdə həqiqətən qeyri-adi, inqilabi əsərlərin yaradıcısını xatırlayacaqlar və yad edəcəklər. Bax Dahi bu deməkdir!”.

Tamerlan Ələkbərov
Azərbaycan musiqisinin korifeyinə təzimAzərbaycan musiqisinin korifeyinə təzim
Sosial şəbəkələrdə paylaş: