“www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə çatdırılıb Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib Rusiya ABŞ-dakı səfirini dəyişir Bakının müharibə hazırlıqları
İlham Əliyev Rusiya baş nazirinin müavinini qəbul edib Bir qrup hərbçiyə polkovnik rütbəsi verildi Universitetlərdə təhsil haqqı artacaqmı ? Lerikdə bədbəxt hadisə
Moskvadan İrəvana gedən avtobus aşdı Bakıda arvad ərini döyüb xəstəxanalıq etdi Rusiyada qəzada Fransa vətəndaşları ölüb Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş



» » Qorxmaz Əlili: “Səhvimə görə üzür istəyirəm.”


Qorxmaz Əlili: “Səhvimə görə üzür istəyirəm.”

1-11-2015, 16:33
Oxunma sayı: 448
Qorxmaz Əlili: “Səhvimə görə üzür istəyirəm.”
Qorxmaz Əlili məcburi köçkünlərlə bağlı fikirlərinə aydınlaqı gətirdi
Tanınmış şoumen Qorxmaz Əlili məcburi köçkünlər haqqında sosial şəbəkədə bildirdiyi fikirlərə aydınlıq gətirib:

“Mən rəsmi şəkildə heç bir yerdə bu haqda danışmamışam. Sadəcə sösial şəbəkədə, öz şəxsi səhifəmdə fikirlərimi bildirmişəm. Bu fikirlərdə də səhvim olubsa, bunu mediada yayımlamağa ehtiyac yox idi. Bunu yazanlar bilmirlər ki, ölkədə çaxnaşma yarada bilərlər? Əgər bunu yayımlamaq vacib idisə, mənim özümlə əlaqə saxlaya bilərdilər. Fikirlərimi daha ətraflı öyrənib sonra dərc edərdilər.

Xəbərin bu şəkildə yayımlanması iki tərəfi üz-üzə qoya bilər. İndi məni hörmətdən salmaq istəyirlər? Tanıyan bilir ki, mən heç vaxt qalmaqalda olmamışam. Mediadan həmişə qaçmışam. Çünki məndən münasibət öyrənib, sonra fikirlərimi tərsinə yazıblar. 15 ildir ki, məhz buna görə müsahibə vermirəm. Mən 25 ildə həmişə məcburi köçkünlərə ürək yanğısıyla yanaşmışam, onları təhqir edəcək, şəxiyyətini alçaldacaq kiçik bir ifadə belə işlətməmişəm. İndi qəfildən niyə onlara qarşı sərt münasibət göstərim ki?

Bir ay əvvəl yazmışdım bu sözləri mən. Niyə indi yayımladılar ki? Bəzi insanlar ölkədə seçki qabağı qalmaqal yaratmaq istəyirlər. Ancaq məncə buna nail olmayacaqlar. Xaqlımız kifayət qədər müdrik, ağıllı xalqdır.

Mənim məcburi köçkün olan çoxsaylı dostlarım var. Sadəcə bəzi insanlar var ki, onlara yaradılan şəraitdən istifadə edirlər, özlərini layiqli aparmırlar. Mən bu barədə yazmışam. Lakin özüm də fərqinə varmadan fikirlərim ümumi səslənib. Bu anlaşılmazlığa görə üzürxahlıq da etmişəm. Səhvimə görə təkrar üzür istəyirəm.”
Sosial şəbəkələrdə paylaş: