“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » “Suriyalı” tamaşasına yazarlardan münasibət: “Homoseksuallıq sənətə gətirilməməlidir!”


“Suriyalı” tamaşasına yazarlardan münasibət: “Homoseksuallıq sənətə gətirilməməlidir!”

2-10-2015, 23:23
Oxunma sayı: 5340
“Oda” Teatrının 2 və 3 oktyabr nümayiş edəcəyi “Suriyalı” tamaşası birmənalı qarşılanmayıb. Tamaşanın afişası polemikaya səbəb olub.

Oda Teatrında Orxan Bahadırsoyun eyniadlı romanı əsasında "Suriyalı" tamaşası səhnələşdirilib. Tamaşada Suriyada baş verən müharibə bir homoseksualın dili ilə nəql olunur. Gecə klublarında oriental oynayan suriaylı homoseksual gəncin taleyindən bəhs edən tamaşa böyük qalmaqallar yaradıb. Səs-küylü tamaşaya tanınmış yazarlar da münasibət bildiriblər.
Qeyd edək ki, tamaşanın rejissoru Orxan Bahadırsoy və Elmin Bədəlovdur.


“Suriyalı” tamaşasına yazarlardan münasibət: “Homoseksuallıq sənətə gətirilməməlidir!”Firuz Mustafa:
Hər yazarın "öz" mövzusu, öz marağı, öz ideyası olur. Mən nə deyə bilərəm? İndiki zamanda kiməsə "ağıl" və ya "dərs" demək bir az çətindir. Amma bilirəm ki, dünya ədəbiyyatında bu mövzuya müracıət olunub. Hər kəs seçimində (o cümlədən mövzu seçimində) azaddır...







“Suriyalı” tamaşasına yazarlardan münasibət: “Homoseksuallıq sənətə gətirilməməlidir!”Mirmehdi Ağaoğlu:
Yaxşı, konyuktur mövzudur. Suriya və homoseksuallıq... İndi Avropada belə mövzular diqqət önündədir. Bircə qalır bədii həllini tapmaq, gözəl roman ortaya qoymaq. Kitabla tanış olmadığım üçün bunu deyə bilməyəcəm. XXI əsrdə yaşayırıq. Sənətə qarşı bu barbar mövqeyini artıq yaddan çıxarmalıyıq. İncəsənət sərhəd tanımır. Onun hüdudlarını, nəyin əxlaqlı, nəyin əxlaqsız olmasını, nəyin incəsənət, nəyin incəsənət olmadığını xüsusən mədəniyyətin böyük inqliab yaşdığı XX və XXI əsrdə söyləmək çətindir. Sənət həyatın bütün sahələrini özündə ehtiva edə bilər. Bayaq dediyim kimi istər tromanın müəllifi, istərsə də Oda nın uşaqları da maraqlı mövzu seçiblər. Onlara uğurlar arzulayıram. Çalışacam gedim baxım. Uğurlar arzulayıram.



“Suriyalı” tamaşasına yazarlardan münasibət: “Homoseksuallıq sənətə gətirilməməlidir!”Şərif Ağayar:
Təbiətin yaratdıqlarına sayğı ilə yanaşmalıyıq. Heç bir ayrıseçkilik etmədən.Və xüsusilə də sənət adamıyıqsa...





“Suriyalı” tamaşasına yazarlardan münasibət: “Homoseksuallıq sənətə gətirilməməlidir!”Qan Turalı:
Çox gözəl münasibət bəsləyirəm. Ədəbiyyata heç kim müdaxilə edə bilməz. Kiminsə homoseksuallıqla problemi varsa o tolerant olmalıdır.





“Suriyalı” tamaşasına yazarlardan münasibət: “Homoseksuallıq sənətə gətirilməməlidir!”Müşfiq Xan:
Bu mövzular yerli ədəbiyyata, yaxud sənətə gətirirməməlidir Birmənalı olaraq belə düşünürəm. Mövzular deyən də ki, homoseksuallıq. Şiddətli ön yarğılı insanlar sistemli mübarizə aparmalıdır. ANS telekanalı süjet verir geylərlə bağlı – Sulutəpədən, amma əslində təbliğat maşını öz işini görür.








RESPUBLİKA İNFO
Sosial şəbəkələrdə paylaş: