Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər
Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI “11 aprel seçkiləri onların planlarını alt-üst etdi” 11 aprel seçkiləri onların planlarını alt-üst etdi
MSK seçkilərin ilkin nəticələrini açıqladı: İlham Əliyev 86,7 faiz səs toplayıb Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir" YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirir



» » Çarli Çaplinin qızına məktubu - TƏRCÜMƏ


Çarli Çaplinin qızına məktubu - TƏRCÜMƏ

2-10-2015, 22:06
Oxunma sayı: 782
Çarli Çaplinin qızına məktubu - TƏRCÜMƏ
“Adamlar möhkəm torpaq üstündə, etibarsız kəndir üstündəkindən daha tez-tez yıxılırlar”

100 ildir ki, Çaplin heyran edir, Çaplin düşündürür. Dünya kinosunun ən uca zirvəsini fəth edən aktyorun ölümündən sonra onun haqqında saysız-hesabsız əfsanə və lətifələr yarandı. Amma onun istedadını qiymətləndirməyi də unutmadılar. Belə ki, Amerika İctimai Fikir İnstitutunun əməkdaşları Xristian dünyasının üç böyük şəxsiyyəti sırasına onun da adını saldı: İsa Məsih, Çarli Çaplin və Bonapart Napoleon.

“Dünya gülüşünün peyğəmbəri” hesab olunan bu dahi aktyor haqqında həmişə maraqlı yazılar təqdim olunub. Bu dəfə çoxlarınıza məlum olan məşhur bir məktubu dərc edirik. Xatırladaq ki, Ç.Çaplin bu məktubu böyük qızı Ceraldinaya ünvanlamışdı. Beləliklə…

“Mənim qızım! İndi gecədir, Bayram gecəsi. Kiçik qəsrimizdəki silahsız əsgərlər yuxuya gediblər: bacın və qardaşın yatıb. Hətta anan da uyuyub…
Sən məndən lə qədər uzaqdasan ki… əgər sənin şəklin gözlərim önündə deyilsə, qoy mən kor olum. O buradadır, masamın üstündə – qəlbimin yaxınlığında. Bəs sən hardasan? Orada – nağılvari Parisdə. Yelisey teatrının möhtəşəm səhnəsində rəqs edirsən. Mən bunları yaxşı bilirəm. Bununla belə bu sakit gecədə sanki sənin ayaq səsini eşidir, qış gecələrinin ulduzlarıtək parlayan gözəl gözlərini görürəm. Eşidirəm ki, sən bu bayramsayağı və parlaq tamaşada Tatar xan tərəfindən əsir edilmiş fars gözəlinin rolunu oynayırsan.

Gözəl ol və rəqs et! Ulduz olub parla! Amma elə ki, tamaşaçıların həyəcan minnətdarlıqları səni məst etdi, elə ki, sənə göndərilən güllərin xoş ətri başını gicəlləndirdi, bir anlığa küncə çəkilib mənim məktubumu oxu. Atanın səsinə səs ver. Mən sənin atanam, Ceraldina! Mən Çarli Çaplinəm, Çarli Çaplin!
Heç bilirsən, çarpayının yanında neçə gecələr keçirmişəm? Sən lap körpə idin... Sənə o qədər nağıl danışmışam ki… Yatmış gözəl barəsində, qorxunc əjdaha şaqqında. Yuxu atanın bu qoca gözlərini yumanda, mən ona gülürdüm və deyirdim: “Çıx get! Mən qızımın arzularıyla yatıram”. O zaman mən sənin arzularını, gələcəyini görürdüm, Ceraldina, sənin bu gününü görürdüm. Səhnədə rəqs edən qızı, göylərdə süzən pərini görürdüm. Tamaşaçıların dediklərini eşidirdim: “Bu qızı görürsünüzmü? O, qoca məzhəkəçinin qızıdır. Yadınızdamı, onun adı Çarli idi?”.

Bəli, mən Çarliyəm, qoca məzhəkəçiyəm? İndi növbə sənindir. Rəqs elə! Mən cırıq, enlibalaq şalvarda rəqs etmişəm. Sən isə ipək şahzadə paltarında rəqs edirsən. Bu rəqslər, bu gur alqış səsləri səni göylərə qaldıracaq, hərdən yerə də en. İnsanların həyat tərzini müşahidə et. Sən ac qalan, soyuqdan tir-tir əsən, dilənçi həyatı keçirən rəqqasələrin sərsəri həyatını görməlisən. Mən onlar kimi olmuşam, Ceraldina! O sehirkar gecələrdə mənim nağıllarımla yuxuya getmisən.

Yatmayıb çöhrənə baxmışam, qəlbinin döyüntüsünü eşitmişəm. Və elə hey özüm-özümdən soruşmuşam: “Çarli, görəsən bu pişikciyəz səni nə vaxtsa tanıyacaqmı?” Sən məni tanımırsan, Ceraldina! O gecələrdə mən sənə çox nağıl danışmışam… Amma öz nağılımı söyləməmişəm. O da maraqlıdır… Londonun yoxsul məhəllərində oxuyan, rəqs edən ac məzhəkəçinin nağılını… Budur, mənim nağılım. Ac qalmağın, evsizliyin nə olduğunu dərk etmişəm! Qəlbində ümmanlar qədər qürur gəzdirən atan, köçəri-məzhəkəçi olmağına görə o qədər təhqiredici ağrılar çəkib ki… Bütün bunlara baxmayaraq, yaşamışam. Adətən dirilər haqqında az danışırlar. Yaxşısı budur, sənin haqqında danışaq, Ceraldina!

Sən mənim soyadımı daşıyırsan – Çaplin! Qırx ildən artıqdır ki, o, Yer üzünün insanlarını güldürür. Onun güldüyündən çox, mən ağlamışam. Bil ki, sən yaşadığın dünya təkcə musiqi və rəqsdən ibarət deyil!

Gecəyarısı böyük salonlardan çıxanda öz varlı pərəstişkarlarını unut. Amma səni evə aparan taksi sürücüsündən arvadının vəziyyətini soruşmağı unutma. Əgər onun arvadı hamilədirsə, əgər gələcək uşağa pal-paltar almağa onların imkanı yoxdursa, onun cibinə pul qoy. Tapşırmışam, sənin bu cür xərclərini bank ödəyər. Başqa xərclərdə isə qənaətcil ol! Hərdən metrodan da istifadə et. Şəhəri gəz. İnsanları müşahidə et. Heç olmasa gündə bircə dəfə öz-özünə de: “Mən də bunlardan biriyəm!”.

Bəli, qızım, sən onlardan birisən! Adətən, incəsənət insanlara səmaya uçmaq üçün qanad verməmişdən əvvəl onların ayaqlarını qırır. Elə ki, özünü tamaşaçılardan yüksəkdə hiss etdin, o saat səhnədən uzaqlaş. Qarşına çıxan ilk taksilərdən birinə əyləş, Paris ətrafına dolan. Sən bu yerlərdə sənin kimi, hətta səndən də gözəl, səndən də qəşəng, qürurlu rəqqasələrə rast gələcəksən. Burada teatrların gözqamaşdırıcı projektorlarından əsər-əlamət olmayacaq. Onlar üçün projektor – Aydır. Onlara yaxşı-yaxşı nəzər sal. Bəlkə onlar səndən də qəşəng rəqs edirlər? Etiraf et, mənim qızım! Həmişə səndən yaxşı rəqs edən, səndən də yaxşı ifa edən tapılar. Və yadında saxla ki, hələ Çarli ailəsində elə bir kobud adam tapılmaz ki, o Sena sahillərində dilənənlərə gülmüş olsun, onları ələ salsın…

Mən öləcəyəm. Lakin sən yaşayacaqsan. Sənin yoxsul olmağını istəmirəm. Bu məktubla bərabər sənə çek kitabçası da göndərirəm. Nə qədər istəyirsən, o qədər də xərclə. Amma elə ki iki frank xərclədin, bil ki, üçüncüsü sənin deyil. Bu bir frank ehtiyacı olan naməlum adama qismət olmalıdır. Sən belələrini asanlıqla tapa bilərsən. Əgər bu cür naməlum kasıbları görmək istəsən, onlara hər yerdə rast gəlmək olar. Səninlə pul haqqında ona görə danışıram ki, mən bu “şeytanın” aldadıcı qüvvəsinə bələdəm.

Bilirsən, mən uzun müddət sirkdə işləmişəm. Həmişə də kəndirbazlar üçün həyəcan keçirmişəm. Lakin bir həqiqəti sənə deməyə məcburam: adamlar möhkəm torpaq üstündə, etibarsız kəndir üstündəkindən daha tez-tez yıxılırlar.

Ola bilər, günlərin bir günündə bir şahzadə səni özünə məftun edə. Sən elə bu andan dönüb təcrübəsiz kəndirbaz olacaqsan. Təcrübəsizlər də həmişə yıxılır. Qəlbini daş-qaşlara, qızıla satma. Bil, dünyada ən böyük brilyant – Günəşdir. Xoşbəxtlikdən, o da hamının sifətinə şəfəq saçır.
Elə ki, birini sevdin, onu bütün qəlbinlə sev.

İşin çox çətindir, bunu bilirəm. Bədənin ipək parçası ilə örtülüb. İncəsənət xatirinə səznəyə lüt də çıxmaq olar. Amma gərək oradan qayıdanbaş daha təmiz, daha pak olasan… Mən qocayam. Bəlkə də sözlərim çox gülün\c səslənir.

Bilirəm, atalarla övladların mübarizəsi daimidir. Qızım, mənimlə, mənim fikirlərimlə mübarizə et. İtaətkar övladlar mənim xoşuma gəlir. Bu Bayram gecəsində istəyirəm möcüzə baş versin: sən məni başa düşəsən. Həqiqətən başa düşüb nə demək istədiyimi anlayasan…
Ceraldina, artıq Çarli qocalıb. Gec-tez səhnədə geyindiyin ağ paltar əvəzinə, qara geyinib qəbrim üstünə gələcəksən. Səni kövrəltmək istəmirəm. Ancaq hərdən bir güzgüyə bax, orada məni görəcəksən. Damarlarında qanım var. Mənim damarlarımda qan dayananda da istəyirəm ki, sən atanı – Çarlini unutmayasan! Doğrudur, mən mələk olmamışam, amma insan olmağa həmişə can atışam. Sən də buna cəhd et! Öpürəm səni, Ceraldina.

Sənin Çarlin”.
Sosial şəbəkələrdə paylaş: