Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Dünya tarixçiləri Gəncədə toplaşacaq


Dünya tarixçiləri Gəncədə toplaşacaq

8-09-2015, 21:57
Oxunma sayı: 409
Dünya tarixçiləri Gəncədə toplaşacaqKonqresin proqramına Azərbaycanla bağlı maraqlı mövzular daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi bu il oktyabrın 13-16-da ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.

Tarix İnstitutundan Oxu.Az-a verilən məlumata görə, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi (ATAM) və AMEA Tarix İnstitutunun birlikdə keçirəcəyi Konqres Azərbaycanın qədim şəhəri Gəncədə keçiriləcək.

Azərbaycan və Türkiyə Prezidentlərinin himayəsi altında keçirilən VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilib.

Hər dörd ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən olan alimlərin iştirak edəcəyi bu nüfüzlu Konqresin proqramına XIX-XX əsrlərdə Qafqaz dünyanın aparıcı dövlətlərinin planlarında, Balkan müharibəsi, Şərq cəbhəsi və İstiqlal savaşında Azərbaycan türkləri, Azərbaycan xalqına qarşı törədilən soyqırımlar, 1920-ci illərdə Sovet-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan ərazi münaqişələri, Cənubi Qafqazın işğalında erməni faktoru, XX əsrin əvvəllərində beynəlxalq arenada Azərbaycanın neft siyasəti, 1918-ci ildə Qafqazda olan alman heyətinin Azərbaycanla bağlı hazırladığı hesabatlar, Azərbaycan səfiri İbrahim Əbilovun Türkiyədəki fəaliyyəti, Birinci Dünya müharibəsində Cənubi Qafqazda demoqrafik vəziyyət, arxiv sənədlərinə görə Birinci Dünya müharibəsində Qafqaz İslam Ordusunun Gəncə və Bakı hərəkatı, “Tərcüman” qəzetində Gəncə, Nuxa (Şəki) və ətrafı, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, Heydər Əliyevin hakimiyyəti dövründə Türkiyə-Azərbaycan münasibətləri, müasir mərhələdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı məsələlər və s. kimi Azərbaycanla bağlı maraqlı mövzular daxil edilib.

Konqresin işində 130-dək alim və rəsmi şəxs iştirak edəcək.
Sosial şəbəkələrdə paylaş: