Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir” Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ “Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb
Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur? Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb “Tarxin izində ” başlıqlı təlimin yekun tədbiri keçirilib
QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO



» » Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin


Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin

22-06-2018, 08:01
Oxunma sayı: 109
Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin
Prolaktin yüksəlməsi qadınlar arasında sıx rast gəlinən endokrin problemlərdən biridir. Tibbi dildə hiperprolaktinemiya adlanır. Prolaktin süd əmələ gəlməni təmin edərək, hamiləlik və süd vermə zamanı artaraq süd vəzlərindən südün ifraz olunmasını gerçəkləşdirir.

Medicina.az-a açıqlama verən endokrinoloq Nadirə Ağazadənin sözlərinə görə, prolaktin həm hər hansı bir xəstəlik nəticəsində, həm də xəstəlik olmayan hallarda arta bilər:

"Prolaktin hormonu fizioloji olaraq, yəni heç bir xəstəlik olmadan - hamiləlik, süd vermə zamanı, yuxu, yüksək proteinli qidalar qəbul edildikdə, stress, idman, məmə ucu stimulyasiyası zamanı artır. Yuxarıda sadaladığımız hallarda prolaktin yüksəkliyi normal sayılır və heç bir müalicə tələb etmir. Patoloji hallarda isə ən çox - müəyyən qrup dərman preparatlarinin qəbulu - Tiroid vəzinin yetməzliyi (hipotireoz) - Prolaktinomalar zamanı prolaktin yüksəkliyi görülür”.

Endokrinoloq, prolaktin yüksəkliyi zamanı meydana gələn şikayətlərdən də danışıb.

"Amenoreya (aybaşı tsiklinin olmaması) və ya pozulmalar - Qalaktoreya (süd vəzilərindən süd gəlmə), sonsuzluq, çəkinin artması, tüklənmə, cinsi həvəsin azalması, vaginal quruluq, baş ağrıları, görmə sahəsi defektləri - Osteopeniya, osteoparoz yarana bilər”, - deyə Ağazadə qeyd edib.

Mütəxəssis, bu kimi şikayətləri olan xəstələrin qan analizi verərək prolaktin hormonunu yoxlatmalı olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş: