Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi. MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ Tofiq Hüseynzadə GƏNCLƏRİN LİDERİ
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi. Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb.



» » Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür


Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür

22-06-2018, 08:00
Oxunma sayı: 116
Sidiyi qaçırmaq, saxlaya bilməmək – tibbi dildə adı İnkotinentasiya- neçə illərdir yaşlı, ahıl insanların problemi kimi təqdim olunub, daha çox nənə-baba xəstəliyi kimi yaddaşlarda qalıb.

Amma son zamanlar pasiyent şikayətləri göstərir ki, bu problemə lazımi qiymət verilməyib. Çünki gənc qadınlar, gənc analar, yeniyetmə qızlar da bu problemi keçirir.

Rusiyalı uroloq Dmitriy Puşkarın məlumatına görə, qadınlar arasında sidiyi qaçırmaq 37% təşkil edir. Bu rəqəm Seçenov adına Universitetin rəqəmi ilə də üst-üstə düşür: 33,6 %

Lakin bu qadınların cəmi 8 %-i probleminə görə uroloq və ginekoloqlara müraciət edir. Qalanı dərdi ilə baş-başadır, utanır, sirrini heç kimə demir. Azərbaycanda da vəziyyət belədir. Çoxları bununla barışır, hesab edir ki, sidik kisəsi boşalıb, sallanıb, yaşla bağlıdır və daha müalicəsi yoxdur.

Medicina.az Sidik qaçırmasının səbəblərini təqdim edir:

Bu sidik ifrazı aktı üzərində insanın iradəsinin və nəzarətinin zəifləməsi və itməsidir.

Daha çox çətin doğuşlar, çoxsaylı doğuşlar, ginekoloji şipslərin qoyulması, stress kimi səbəblərdən başlayır.

Keysəriyyə üsulu ilə ana olan qadınlarda bu patologiya 2 dəfə az rastlanır.

Kiçik çanaq dibinin əzələsinin zəifləməsi, boşalması, uretranın sfinkterinin işinin pozulması patologiyanı yaradır.
Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Aşağıdakı xəstəliklər də sidik saxlamamağa səbəb ola bilir:

-Artıq çəki, piylənmə

-Sidik ifrazat sisteminin anomaliyası

-Sidik kisəsinin kəskin xroniki infeksiyaları

-Öskürək

-Alsgeymer, Parkinson xəstəliyi

-Skleroz

-Şəkərli diabet

-İnsult

-Onkoloji xəstəlikər

-Böyrək və sidik kisəsi daşları

Bəzi preparat və ərzaqlar, qidalanma da sidik ifrazatını poza bilir: antidepressantlar, sidikqovucular, alkoqol, qazlı su, sitrus meyvələri, acılı souslar, ədviyyatlar, çay.

Həkimlər sidiyi saxlaya bilməməyin aşağıdakı formalarını ayırd edir:

İmperativ – xarici amillərdən asılı olaraq sidiyə çağırma: su səsi,fontan, gur işıq və s. Bu xəstədə hiperaktiv sidik kisəsi olduğundan ani olaraq sinir impulslarını sürətlə göndərir.

Stress səbəbindən – uretranın sfinkterinin işində qapanma olur. Kisənin zəifləmiş əzələsi sidik kisəsinin tam yığılıb boşalmasını təmin edə bilmir. Sidiyə getdikdən bir müddət sonra əzələ boşalır, kisədə qalan sidik heç bir siqnal, çağırış olmadan axır. Daha çox bərkdən güləndə, qaçanda, ağırlıq qaldıranda, öskürəndə, seks zaması baş verir. İstənilən yaşda xanımlarda rast gəlinir.

Yatrogen – dərman preparatlarının təsirindən yaranır. Bu əks təsir kimidir , dərmanı saxlayan kimi düzələ bilər.

Reflektor – sidik kisəsinin reflektor aktivliyinin anormal olmasından irəli gəlir.

Enurez – gecələr yuxuda ikən tualetə getməyə çatdırmadan baş verir. Səbəbləri infeksiyalar, uroloji xəstəliklər, qurd invaziyaları, genetik, stress və s.

Bu problem öz-özünə keçib getmir!

Qadınlar sidik qaçırmanın qarşısını almaq üçün bezlərdən istifadə edir, tez-tez tualetə qaçır, özünü gərgin saxlayır, ya da aptekdən lazımsız dərmanlar alır. Rəfiqə və qohumlarına dərdini danışanda isə onlar da eyni problemi yaşadığını və yaşla, doğuşla əlaqələndiyini öyrənir. Heç bir türkəçarə, bez, vaxt bu xəstəliyi sağaltmır. Yeganə çıxış yolu: problemi görən kimi peşəkar həkimə müraciət etməkdir.

Qadınlar ginekoloq və uroloqa müraciət edə bilər.

Diaqnostika: ginekoloji müayinə, funksional sınaqlar, sidiyin miqdarının ölçülməsi, USM, sidik analizi, mikrokskopiya, uretroskopiya və sistoskopiya təyin oluna bilər.

Müalicəsi:

Əgər pasiyentdə patoloji infeksiyalar tapılıbsa, dərman müalicəsi aparılır. Xüsusi pəhriz təyin olunur, artıq çəki atılmalıdır, zərərli vərdişlər tərgidilməlidir, ağır fiziki işlər qadağan olunur.

Bununla yanaşı fizioterapiya, elektrostimulyasiya, BOS terapiya, xüsusi idman hərəkətləri təyin olunur. Əgər səbəb stress və psixolojidirsə, psixiatr müalicəsi lazımdır.

Cərrahi metod:

Son müasir cərrahi metodlarla sidik buraxmanı 80% həll etmək olur. Daha geniş yayılmış metod uretranın xüsusi petlə vasitəsilə fiksasiya olunub sıxılmasıdır.
Sosial şəbəkələrdə paylaş: