“Qarabağın dünəni və bugünü” mövzusunda ictimai müzakirələrin aparılacaq Azərbaycanda bu ərazidən qızıl axır - FAKT ŞOK! Peyğəmbərin məzarını açdılar - İçindən çıxanlar inanılmazdır - VİDEO Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO
“WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto
Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib



» » “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK


“Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK

25-04-2018, 16:42
Oxunma sayı: 19
“Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell” şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı "AppLab” inkubasiya proqramını həyata keçirir.

Respublik.info AZXEBER.COM-a istinadən xəbər verir ki, "AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar.

"AppLab” Mərkəzinin dəstəyilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Bunlardan biri olan "ARZoom” proqramı "tamamlanmış reallıq” ("augmented reality”) texnologiyası əsasında layihələndirilmiş yeni nəsil marketinq və reklam alətidir. İnteraktiv kontentin hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan bu innovativ platforma həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə olunur və öz multifunksionallığı, geniş imkanları və eyni zamanda sadəliyi ilə seçilir.

Həmçinin bu platforma müştərilərə birbaşa çıxış imkanı verən "hədəfləmə” funksionallığına malikdir. Bu alətdən istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən innovativ bir tərzdə təqdim edə biləcək.

Bu layihə 2017-ci ildə "Bakcell” şirkətinin "AppLab” mərkəzində inkubasiya prosesindən keçib və artıq 5000 istifadəçi tərəfindən Google Play və App Store rəqəmsal platformalarından yüklənib.

"ARZoom” proqramı Fərid və Araz Davudov qardaşları və onların komandası tərəfindən "Bakcell”in innovativ "AppLab” mərkəzinin avadanlığı və geniş imkanlarından istifadə edərək yaradılıb.

Gənc developerlərimiz artıq ilk böyük müştərisini qazanıb. Belə ki, "ARZoom” komandası ən son texnologiya əsasında qurulmuş reklam xidmətlərinin göstərilməsi üçün öz artırılmış reallıq platforma xidmətlərini Türkiyənin məşhur mebel şirkətinə təqdim etməyə başlayıb.

Buna baxmayaraq, platformanın daha da təkmilləşdirilməsinə yönəlmiş tədbirlər davam etdirilir və bu yaxınlarda proqrama "yerləşmə əsaslı artırılımış reallıq” ("location-based AR”) və "müasir təsvir tanınma” ("Advanced image recognition”) texnologiyaları əsasında yeni funksionallıq əlavə edilib.

"Mənim fikrimcə, "Bakcell”in dəstəyi olmasaydı, biz bu uğuru əldə edə bilməzdik. "AppLab” proqramı gənc developerlər üçün innovativ bir platformanı təmin etməklə onların ideyalarını həyata keçirməyə kömək edir.

Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”, - deyə Fərid Davudov bildirib.

Qeyd edək ki, "ARZoom” platforması "Bakcell” şirkətinin "AppLab” lahiyəsinin digər məzunları ilə birgə "Bakutel-2017” sərgisinin çərçivəsində "Bakcell” stendində təqdim edilib və sərginin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

"AppLab” layihəsinin iştirakçıları şirkətin "AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi, sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

İnnovasiya sahəsində lider olan "Bakcell” gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Sosial şəbəkələrdə paylaş: