Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu Mənim səsim – mənim gələcəyimdir” adlı layihə yekunlaşdı Daha bir ictimai fəal deputatlığa namizəd oldu
“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu Məşhur Vəkil Adəm Məmmədov Milli Məclis seçkilərinə Zərdab rayonundan namizədliyini irəli sürdü Asim Vəliyev Seçki ilə bağlı sərt açıqlama yaydı. "Utanın..!" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı “ Çimərliklərdə atılan plastik tullantılara birgə qalib gələk” layihəsini həyata keçirilib “Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb



» » Qadeslə söhbət


Qadeslə söhbət

25-01-2018, 20:56
Oxunma sayı: 169
Qadeslə söhbət

Necə də çoxdan mən Romada olmamışdım. Əzəmət və sadəlik şəhəri, mənim şəhərim. Qürbətdə olarkən eşitdiklərimə inana bilmədim ki, Sulla hakimiyyətdən uzaqlaşmış və qaçmışdır, onun tərəfindən qanunsuz elan olunmuş hər bir kəs isə geri qayıda bilərdi. Nəhayət ki mən öz sevimli arvadımı və qızımı görə biləcəkdim. Öz balanı görməkdən gözəl nə ola bilər? Düzü qəribədir,Romanın küçələri boşdur, heç kim görünmür, evlərin pəncərələri açıqdır, amma səslər gəlmir. Sanki hamı yoxa çıxıb, həm ətraf yerlərdə, həm də Palatində mən heç kimi görmədim. Qəribədir. Və Palatin təpəsində bu gözəl saray necə ortaya çıxıb?Mən sonuncu dəfə Romada olanda bu yerdə heç nə yox idi. Bəlkə də ev sahibləri mənə kömək edərlər. Qəribədir, qapılar asanlıqla açıldı və bağçada heç kim yox idi. Bəlkə qulluqçuları buraxıblar.Yəqin evdə kimsə var, ev sahibləri ya da qulluqçulardan kimsə. Qapıya toxunmağa macal tapmamış o açıldı. Ev böyük və yaraşıqlı idi, hər şey sadə və gözəl idi. Evdə nə qədər gəzsəm də heç kimi tapa bilmədim. Bəlkə də bu zalda kimsə var. Bura necə də qaranlıqdır.
– Kimsə var?
Mənim səsim otaqda əks-səda verdi. Nə etməli, yəqin mən artıq getməliyəm.
-Sən artıq gedirsən, gənc Sezar?Kaminə yaxınlaş. – Sezar yaxınlaşdı və gördü ki, kresloda əlli yaşlarında, enlikürək, tünd rəngli gözləri olan bir kişi oturub.
-Sən kimsən?
- Mənsəni xilas etməyə gəlmiş dostunam. Mənim adımı bilmək sənin üçün vacib deyil, əsas odur ki, biz bir-birimizə kömək edə bilərik. Sən hər şey əldə edəcəksən: hakimiyyət, pul, şan-şöhrət
-Bunun qarşılığında sən məndən nə istəyəcəksən?
- Sezar, səndən bir şey xahiş edirəm, sənin üçün müqəddəs olan hər bir şeydən uzaqlaş və sən hər şey əldə edəcəksən
-Yox
-Bu sənin nəyinə lazımdır, mən sənə hər bir şeyi verəcəm, sən sadəcə uzaqlaş, ya da sən şan-şöhrət olmadan öləcəksən.
- Mən satqın və qorxaq deyiləm. Sezar batan gəmidən qaçan siçovul deyildir. Siçovul kimi yaşamaqdansa əziyyət içində ölmək daha yaxşıdır. Bu mənim seçimimdir
-Sən başa düşmürsən ki nədən imtina edirsən, belə hakimiyyət heç kimdə yoxdur və sənə qədər də heç kimdə olmamışdır. Sən ölməz olacaqsan.
-Yox, sən mənim qəlbimi ala bilməyəcəksən. Sən bizim səhvlərimiz və qorxularımızla yaşayırsan. Günahsiz olan insan yoxdur, biz günah sahibiyik. Amma mən səninlə sövdələşməyə getməyəcəm.
-Sən nədən imtina etdiyini dərk etmirsən.
- Sən düşünürsən ki, mən axmağam? Xeyr. Sənə mənim qəlbim öz iyrənc məqsədlərin üçün lazımdır. Sən onu ala bilməyəcəksən.
- Sən axmaqsan, amma cəsarətlisən, şöhrət qazanacaqsan.
- Daha səni saxlamayacam. Mən getməliyəm, Sezar.
- Əlvida, “dost”
- Biz hələ görüşəcəyik, Sezar. Sənin gözəl, ağ bürüncəyinolacaq, lakin o qanlı olaraq daha yaxşı görünəcək. Bruta salam de.
-Brut kimdir? Dayan!
Yuliy, oyan.
-O hardadır?
- Kimi deyirsən? Yuliy, neçə gündür ki sənin qızdırman var, sən sayıqlayırdın, bir neçə gün idi ki yatırdın, yuxada danışır və sayıqlayırdın
-Demək, mən yuxu görürdüm. Mən Romada hansısa varlı bir evdə idim. Ev sakinlərini tapmaq ümidi ilə evi gəzirdim və zallardan birinə daxil olanda məni əlli yaşlarında, tünd rəngli gözləri olan bir kişi çağırdı. Yuxu çox aydın idi.
- Sakitləş, su iç.
- Çox sağ ol, Tiberius
- Dəyməz. Yaxşı, bəs o səndən nə istəyirdi?
- O, mənim qəlbimi ələ keçirmək istəyirdi, əvəzində isə mənə hakimiyyət, şan-şöhrət və var-dövlət vəd edirdi.
- Aman Allahlarım! Sənin yanına Yeraltı Aləmin Allahı Qades özü gəlmişdi! Və sən ona nə cavab verdin?
- Mən imtina etdim. Mən nə edim, Tiberius?
-Bütün bunları ürəyinə salma, amma ehtiyatlı ol. Bəs bu Brut kimdir? Sən onun adını yuxuda qışqırırdın.
- Bilmirəm. Hər şey Allahların əlindədir,Tiberius.

Qades (Pluton, Aid) – Yunan və Roma mifologiyasında yeraltı ölüm səltənətinin Allahı

Tamerlan İldırım
Sosial şəbəkələrdə paylaş: