“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”, - Anar Həsənov Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi - FOTO İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib
Tanınmış jurnalist təltif edildi Gənclər üçün dövlət qulluğu üzrə növbəti regional təlim Qazax rayonunda keçirildi Şair Qəşəm Nəcəfzadə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildi “Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq və tandemdə fəaliyyət arzu olaraq qalmamalıdır”
Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb “Qarabağ tarixi sənədli filmi (rus dilində)” layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatıb Bakıda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçirilib



» » “Facebook”-dan Azərbaycanla bağlı önəmli QƏRAR


“Facebook”-dan Azərbaycanla bağlı önəmli QƏRAR

9-11-2017, 10:35
Oxunma sayı: 189
“Facebook”-dan Azərbaycanla bağlı önəmli QƏRAR

“Google”dan sonra “Facebook” da öz serverlərini Azərbaycanda yerləşdirib.

Bu barədə Metbuat.az-a açıqlama verən Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bununla bağlı “Azertelecom” beynəlxalq operatoru ilə “Facebook” arasında müqavilə imzalanıb:
“Yəni, “Azertelecom” bəkbon provayderi vasitəsilə qlobal şəbəkəyə qoşulan yerli istifadəçilər “Facebook” kontentini daha tez və keyfiyyətli formada əldə edə biləcəklər. Nəzərə alsaq ki, “Azertelecom”dan internet alan provayderlərin sayı artmaqda davam edir. Bu müqavilə ilə “Azertelecom” beynəlxalq trafikə də xeyli qənaət etmiş olacaq. Ümumiyyətlə isə düşünürəm ki, bu tip qlobal şirkətlərin ölkəyə ayaq açması, hətta nümayəndəliklərinin ölkəmizdə olması doğru və çox faydalı olardı. Odur ki, “Azertelecom”un “Facebook” kimi nəhəng şirkətlə anlaşaraq belə bir razılığa gəlməsi çox əhəmiyyətli bir addımdır. Bu addım gələcəkdə “Facebook” və digər bu kimi qlobal şirkətlərlə əməkdaşlığın genişləndirilməsi üçün onların Azərbaycandan əldə etdiyi gəlirlərin bir hissəsinin vergiyə cəlb edilməsi ilə ölkədə rəqəmsal sahibkarlığın inkişafı və bütövlükdə Azərbaycan İnternetinin inkişafı üçün yeni imkanlar aça bilər”.
Sosial şəbəkələrdə paylaş: