Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər
Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI “11 aprel seçkiləri onların planlarını alt-üst etdi” 11 aprel seçkiləri onların planlarını alt-üst etdi
MSK seçkilərin ilkin nəticələrini açıqladı: İlham Əliyev 86,7 faiz səs toplayıb Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir" YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirir



» » Zamiqin uğur hekayəsi


Zamiqin uğur hekayəsi

4-11-2017, 17:52
Oxunma sayı: 733
Bir gənc kimi, inkişafda olan dünyada hər an inkişaf etməli olduğumu yaxşı anlayıram. Məhz bu inkişaf üçün digər gənclərlə görüşməli, ortaq məqsədlərimizin, arzularımızın reallaşması üçün birlikdə inkişaf etməliyik. Gənclərin fərdi inkişafını təmin edən, xüsusilə bacarıq və qabiliyyətlərini üzə çıxaran isə böyük layihələrdir. Sevinclə qeyd etməliyəm ki, bu günlərdə ölkə gündəminə səs salmış layihənin bir parçası oldum.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə gənclərə siyasi analiz bacarıqlarını göstərməyə şans yaradacaq "Könüllülər Parlamenti Azərbaycan" layihəsinə ikinci dəfə start götürdü və Azərbaycanın ən aktiv gəncəri ilə maraqlı 4 gün yaşadıq. Layihə təşçilatçıları tərəfindən hazırlanmış agenda bizlərim hər anımızı səmərəli istifadə etməyə xidmət edirdi.
Digər simulyasiya oyunları və layihələrdən fərqli olaraq bu layihədə biz real qanunlar üzərində işlədiyimizdən böyük məsuliyyət altında olduğumuzu bilir və layihənin vacibliyini bir daha dərk edirdik. Qanunların müzakirəsi, əlavə və dəyişiklərin verilməsi zamanı bizlər geniş auditoriyalar və ən əsası peşakar ekspertlərlə təmin olunurduq.
Layihəni xüsusi edən məqamlardan biri və bəlkəı də birincisi komanda yoldaşlarım idi. Hər biri çox savadlı eyni zamanda isə həm də aktiv gənclər idi. Belə ki, hər biri öz sahələri üzrə artıq ciddi uğurlar əldə etmiş tələbələr idilər. Onlar üçün heç şübhəsiz darıxacam, daha doğrusu indidən artıq darıxıram.
Təşkilatçılıq isə həmişə olduğu kimi yüksək səviyyədə idi. ``Asan Könüllüləri`` təşkilatının təşkilatçılığı ilə əvvəllər də bir neçə layihədə iştirak etmişəm və əminliklə qeyd edə bilərəm ki, hər ötən layihə əvvəlkindən daha uğurlu olur. Bu layihəni maraqlı edən digər bir cəhət isə eyni zamanda iştirakçıların hərtərəfli inkişafına xidmət edən fəaliyyətlərə yer ayrılması idi. Beləki, maliyyə savadlığını artırılması üçün ``Yığım oyunu`` təşkil olunmuşdu. Hələ də yaxşı xatırlayıram oyunun sonunda olan həyəcan, maraq və intriqa böyük idman yarışındakılardan heç də geri qalmırdı. Bununla yanaşı ``Mədəniyyət Carçısı``layihəsinin rəhbəri Böyükxanım xanımın rəhbərliyi ilə görüş baş tutdu. Mənəvi istirahətimizə xidmət edən görüş həm də bizim Şamaxı haqqında olan biliklərimizin artmasına da səbəb oldu. Təbii ki, gedişat zamanı ictimai müzakirələr də öz aktivliyi ilə yadda qaldı.
Ümid edirəm ki, layihənin hər bir iştirakçısı gələcək də millət vəkili olaraq Vətənimiz üçün xidmıt edəcək və həmin zaman bu layihəni xatırlayaraq nostalji hislər yaşayacaq.

Hörmətlə Zamiq Əsgərzadə, İqtisadi siyasət,sənayə və sahibkarlıq komitəsi.
Zamiqin uğur hekayəsi
Sosial şəbəkələrdə paylaş: