Nurlu Sabah” Uşaq – Gənclər Təşkilatı” İB daha bir layihəyə yekun vurdu » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » Nurlu Sabah” Uşaq – Gənclər Təşkilatı” İB daha bir layihəyə yekun vurdu


Nurlu Sabah” Uşaq – Gənclər Təşkilatı” İB daha bir layihəyə yekun vurdu

11-10-2016, 21:27
Oxunma sayı: 303
Nurlu Sabah” Uşaq – Gənclər Təşkilatı” İB daha bir layihəyə yekun vurduAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Dini radikalizmlə mübarizədə gənclərin rolunun artırılması” adlı layihəyə yekun vurulub.
Yekun mətbuat konfransında təşkilatın sədri Ramin Xudayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Dövlət Sosial – İqtisadi Kollecinin direktoru Laçın Səfərəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mətbuat konfransında qeyd olunub ki, adı çəkilən layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə etməklə iyul ayının 1-də başlamış və 3 ay ərzində davam etmişdir. Layihə müddətində rayonlarda tədbirlər keçirilmiş, təlim təşkil olunmuş və Quba şəhərində 50 nəfər gəncin iştirakı ilə 4 gün ərzində həyata keçirilmişdir. Təlimi bu sahədə peşəkar fəaliyyət göstərən şəxslər təşkil etmişlər. Bundan başqa layihə müddətində kitabça və buklet hazırlanmış, rayonların ərazisində gənclərə paylanılmışdır. Həyata keçirilən tədbirlər internet resurslarda və KİV-də işıqlandırılmışdır.
“Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin
İctimaiyyətlə Əlaqələr sektoru
03.10.2016-cı il
Sosial şəbəkələrdə paylaş: