“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”, - Anar Həsənov Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi - FOTO İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib
Tanınmış jurnalist təltif edildi Gənclər üçün dövlət qulluğu üzrə növbəti regional təlim Qazax rayonunda keçirildi Şair Qəşəm Nəcəfzadə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildi “Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq və tandemdə fəaliyyət arzu olaraq qalmamalıdır”
Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb “Qarabağ tarixi sənədli filmi (rus dilində)” layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatıb Bakıda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçirilib



» » QHT Şuranın dəstəyilə dövlət qulluğuna hazırlaşan gənclərə fürsət yaradır


QHT Şuranın dəstəyilə dövlət qulluğuna hazırlaşan gənclərə fürsət yaradır

18-05-2016, 21:35
Oxunma sayı: 413
QHT Şuranın dəstəyilə dövlət qulluğuna hazırlaşan gənclərə fürsət yaradır

Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması” adlı layihənin icrasına başlayıb.

3 ay müddətində - 15 may – 15 avqust 2016-cı il tarixlərində icra olunacaq layihə Bakı şəhər Binəqədi rayonunun 200 nəfər ali təhsilli gəncinin inkişafına, maariflənməsinə, bu rayonda yaşayan ali təhsilli gənclərin dövlət qulluğuna maraqlarının artırılmasına, bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, onların bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmaqda, öz karyera yüksəlişlərini bu sahədə qurmalarına böyük dəstək və yardımçı olacaq.

Layihə çərçivəsində təşkilat Binəqədi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdarəsi ilə sıx əməkdaşlıq quraraq, dövlət qulluğuna hazırlaşan binəqədili gənclər üçün pulsuz hazırlıq və təlim kursları açacaq, onların müsabiqə və müsahibəyə hazırlanmasına, məntiqi dünyagörüş, əcnəbi dil və İKT səviyyələrinin artırılmasına dəstək olacaq, iştirakçı gənclərin qiymətləndirməsini, test hazırlıqlarını yoxlayacaq, sınaq imtahanları keçirəcək və rayon gənclərinin karyera inkişafına təkan verəcək Binəqədi Gənclərinin Karyera Forumu adlı ümumrayon toplantısı təşkil edəcək. ADTGT və əməkdaşlıq edilən digər tərəfdaş dövlət qurumları ilə birgə yaxın günlərdə iştirakçıların seçimi üçün ərizə qəbulu elanına start veriləcək, KİV və sosial şəbəklər vasitəsilə dövlət qulluğuna pulsuz hazırlıq və təlim kursları, onların proqramı və ümumilikdə layihənin ictimai əhəmiyyəti haqqında informasiyalar yayılacaq.

Fəaliyyət Planına uyğun dövlət qulluğuna hazırlaşan gənclər üçün maarifləndirici və zəngin məlumatlı Yaddaş Kitabçası çap olunub paylanacaq, sosial şəbəkələrdə layihənin geniş PR işləri, o cümlədən, sosial reklam kampaniyası həyata keçiriləcək. Sonda sertifikatlarla təltif olunacaq layihə iştirakçılarının şəbəkəsi yaradılacaq və onlar sosial şəbəkələrdə qurulacaq qrup və səhifə vasitəsilə requlyar virtual təlim və sınaq testlərinə cəlb olunacaqlar. Pilot olaraq Binəqədi rayonunda həyata keçirilən bu layihənin gələcək davamlılığı üçün bu fəaliyyətlərdən digər regionların və ümumilikdə ölkə gənclərinin faydalanması da nəzərdə tutulur.


Respublika.info
Sosial şəbəkələrdə paylaş: