Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » "Siyasi fahişələr" - KÖŞƏ


"Siyasi fahişələr" - KÖŞƏ

24-05-2019, 18:36
Oxunma sayı: 1122
"Siyasi fahişələr" - KÖŞƏ
Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları illərdir onlara inanan insanların ümidlərini puça çıxarır. Azərbaycan xalqı da bu partiyaları müxalifət kimi qəbul etməyə məcburdur. Müxalifətin içərisində müxalifət fəaliyyət göstərir sanki. Biri digərini satqın, biri ana müxalifət adlandırır. Gənclər isə hansı istiqamətdə siyasət aparacaqlarında çətinlik çəkir. İqtidar yoxsa müxalifət? Nə iqtidarı, nə də müxalifəti illərdir bu cəmiyyətin problemlərini həll edə bilmir.

Azərbaycanda dövlət qeydiyyatına alınmış 56 partiya mövcuddur. Dövlət qeydiyyatından keçməmiş partiyalarla birlikdə Azərbaycanda 100-ə yaxın siyasi partiya var. İstər iqtidar, istərsə də müxalifətin maliyyələşməsi "qara-qura" yollardan keçir.

Hakimiyyətə müxalifətin maliyyələşməsi haqqında olan qanun sərf edir. Belə ki, parlamentdə təmsil olunan partiya hər bir mandat üçün illik təqribən 100 min manat vəsait alır. Partiyaların bir qismi parlament seçkilərini təyinatlı seçkilər adlandırır və seçkilərdə iştirak etmir. Digər bir qismi isə seçkilərdə iştirak edir. Lakin mandat qazana bilmir.

Bu səbəblərdən partiyaların maliyyələşməsi qeyd etdiyim kimi "qara-qura" yollardan qazanır. Biri "paket" , biri "mühacir alveri" , biri "siyasi fahişəlik" , biri şəxsi hesabına və s. yollarla maliyyələşir.

Hər birini başa düşmək olar amma "siyasi fahişəlik" üsulunu anlamaq olmur. Kimə, nəyə, nə üçün, hansı yolla xidmət etdikləri bəlli deyil. Müştəriləri isə demək olar ki, yüksək rütbəli məmurlardır. Bu məmurlar əlavə olaraq "siyasi fahişə" saxlayırlar. İstədikləri vaxt soyundurur, istədiyi vaxt sevişdirir, istədiyi vaxt qısqandırırlar.

Partiyalarımızın əksəriyyəti "Tbiliski prospekti"ni xatırladır. Soyunan - siyasi iradə, doğulan günahsız körpə - minlərlə insan.

Fərid İmran
Sosial şəbəkələrdə paylaş: