“ Çimərliklərdə atılan plastik tullantılara birgə qalib gələk” layihəsini həyata keçirilib “Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir
(EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib. Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR
Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.



» » Borc ver göz yaşlarını...


Borc ver göz yaşlarını...

8-03-2019, 17:43
Oxunma sayı: 381
Borc ver göz yaşlarını...

Ağlama!Nolar,ağlama!Gözündən düşən hər damla yaş torpaqdakı kiçik bir fidanı böyük ağaca çevirdi.Səni and verirəm şəhid olmuş oğlunun uğrunda süpürgə etdiyin ağ saçlarına ağlama!
Sən bir oğulu bu qara,soyuq torpağın bağrına verməklə,özünə Vətən boyda oğul qazandın.İndi bu Vətən sənin qarşında baş əyir,sənin qırışlı və titrəyən əllərindən öpür.Hər kəsin borclu olduğu bu başı bəlalı Vətənin özü artıq sənə borcludur.

Əgər imkanın varsa,heç olmasa bir günlüyünə də olsa,göz yaşlarını mənə borc ver.Heç olmasa bir gün ağlama.Çünki sən ağlayanda bu yurdun hər bir dağı,daşı vicdan əzabı çəkir.Borc ver,borc ver mənə göz yaşlarını.Mən ağlayaram sənin yerinə.

Sənin verdiyin bu borcun altından çıxa bilmədim.Qadın,göz yaşını geri al!Daha dözə bilmirəm içi zəhərlə dolmuş bu acı göz yaşlarına.Sənin mənə göz yaşlarını verdiyin bu bir günün içində mən ürək yanğısından əsl cəhənnəm odunu hiss elədim.Bəsdir,bəsdir daha qəlbini cəhənnəm oduna çevirdiyin!
Cənnət anaların ayaqları altındaymış:__Götür,bütün cənnət sənin olsun qadın,yetər ki kəs bu göz yaşlarını.Amma sən cənnəti belə çox sevsəydin,övladını qucağına alıb,cənnəti ayaqlarının altına atmazdın.
Ey insan övladı!Əgər gözündə bir damla yaş qalıbsa,bu biçarə qadının halına ağla.Mən bir gün bu qadının ah-naləsinə,göz yaşlarına dözə bilmədim.Buna gücüm yetmədi.Bəs siz necə,bu ağır yükü heç olmasa bir günlüyünə daşıya bilərsinizmi?

-Bu məqaləni bütün şəhid analarına həsr edirəm.

Ağarza Həsənquliyev,
Bakı Dövlət Universiteti,Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi.
Sosial şəbəkələrdə paylaş: