Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » Ağacların göz yaşları. (Hekayə)


Ağacların göz yaşları. (Hekayə)

16-11-2017, 18:19
Oxunma sayı: 382
Ağacların  göz  yaşları.   (Hekayə)Cavan yaşlarından boyu uzun, enlikürək olması, səliqəli geyimi, saçlarına ayırdığı tağ ilə diqqəti özünə cəlb edən Səfər kişi yetmiş yaşı olmasına baxmayaraq, yenə həmin görkəmində qalaraq geyiminə, saç düzümünə fikir verirdi.Uzun illər məktəbdə botanika müəllim işləmişdi.Beş il olardı pensiyaya çıxdığı.İşlədiyi müddət də şagirdlərinə bitkilər, ağaçlar, çiçəklər haqqında bildiklərini əsirgəməzdi. Daim onlara təbiəti qorumağı məsləhət görərdi. Özü təbiət vurğunu olduğu üçün həyətində kiçik bağ salmışdı.Bağındakı alma, armud, alça, şaftalı, gilas ağacı, insanın könlünü oxşayırdı. Gözləri göy, saçları qara olan altı yaşlı nəvəsi Muradla hər səhər bağa gedərək ağaçlara, su verər, dibini belləyərdi. Yaşının ahıl çağı olmasına bağmayaraq özünü gumrah hiss edirdi. Bir gün bağ da işləməsəydi yorğun, əzgin olurdu. Balaca Murad babasının yanından əl çəkməzdi. Ağaçlara edilən qulluğu öyrənib, bildiklərini uşaq yaddaşına yazardı.Qulluq olunan bağ gündən-günə gözəlləşərək göz oxşayırdı. Səfər kişi hər il bağında yetişən meyvədən qohum-qonşu üçün pay edərdi. Artıq hamı öyrəşmişdi meyvə yetişəndə paylarını gözləyirdi. Tez-tez nəvəsi ilə şəhərə çıxıb gəzər, ahıl dostları ilə deyib-gülər, fikirini dağıdardı.Evə gələndə də Murad üçün qucaq dolusu oyuncaq alardı. Gözünün ağı-qarası bircə oğlu Hüseyn şəhid olandan sonra ümidini nəvəsinə bağlayaraq onun tərbiyəsi ilə cidd məşğul olub,vətənə layiqli övlad olması üçün çox çalışırdı.Gəlini Xuraman şəhid olmuş Hüseyndən sonra ailə qurmayaraq özəl kilinikaların birində həkim işləyərdi. Oğlu və qaynatası ilə bir yerdə qalırdı.
Oktyabr ayının 10-u Muradın yeddi yaşı tamam olurdu. Səfər kişi ona söz vermişdi ki, yaşın tamam olsun sənə mexanika ilə idarə olunan maşın alacam (oyuncaq).Murad səhər sevincli halda yataqdan qalxıb babası yatan otaqa keçdi, gördü babası yoxdu tez bağa tərəf qaçdı. Bağda ağaç dibi bellədiyini gördü:
-Sabahın xeyir baba bu gün yeddi yaşım tamam olur söz verdiyin maşını alırsan?.
-Hər vaxtın xeyir . Ad günün mübarək mənim şirin balam. Əlbəttdə alıram maşın sənin telinə qurban, gəl gedək evə çörək yeyək, çıxaq şəhərə alım.
Səfər kişi Muradı qucağına alıb hər iki üzündən öpərək tellərini oxşaya-oxşaya evə yollandı.
Çörəklərini yedikdən sonra Xuraman Muradı geyindirib babası ilə gəzməyə yola saldı. Həmin günü Murad xeyli gəzib dolandı. Səfər kişi nəvəsinin ağzından nə çıxdı alır,şad günün daha da şad etməyə çalışırdı. Sözünün üstündə duraraq mexanika ilə hərəkət olunan maşını da onun üçün almışdı (oyuncaq).Səfər kişi nəvəsi ilə evə qayıdan da yol boyu ağacların kəsilərək üst-üstə qalaq-qalaq olunduğunu görüb ayaq saxladı.Köksünü ötürərək daha da irəliyə gəldi. Öyrəndiyindən bəlli oldu ki, kəsilən ağaclar qışda istilik olmayan ərazilərə odun tədarükü kimi satılır. Təbiət vurğunu olduğu üçün ağacların kəsilməsini heç cür qəbul edə bilmirdi.Murad əlini babasının əlindən çəkərək kəsilmiş ağaca əlini sürtdü.Ağacın kəsilmiş hissəsindən süzülən şirə onu əlinə yayıldı.Üzünü babasına tutaraq:
-Baba bu nədi?.
Səfər kişi bir qədər susduqdan sonra özünə məxsus cavab verdi:
-Ağacın göz yaşlarıdı. Kəsilən hər bir ağac üsyan edərək göz yaşı axıdır. İnsanın göz yaşları olduğu kimi ağacların da göz yaşları var. Təbiətə bu cür ziyan vurmaq günah sayılır.
-Baba bəs əmilər ağacları niyə ağladırlar?
-Çünki, onlar təbiətin dilini bilmədikləri üçün qeydinə də qalmırlar.
- Mən böyüyən də qoymayacam kimsə ağacı kəsib ağlatsın. Özümdə heç bir zaman ağacları kəsərək ağlatmayacam.
-Afərin, mənim düşüncəli balam.
Səfər kişi, əyilib nəvəsini qucağına alaraq bağrına basıb, üzündən öpdü. Sonra təbiətə qənim kəsilən cavanlara əsbi halda baxa-baxa kəsilmiş ağacların yanından ağır-ağır addımlarla yoluna davam etdi.

Jurnalist, gənc yazar Səbuhi Eltonlu
[img=left]https://www.google.az/imgres?imgurl=http://azimormanurunleri.com/assets/images/agac1.jpg&imgrefurl=http://sekilim.sende.biz/agac-yukle/&docid=1FuM1H83e_RdTM&tbnid=Rl4lWHIdCpUajM:&vet=10ahUKEwiXtcOLrsPXAhXJIpoKHY7UAJ0QMwiDAShWMFY..i&w=750&h=600&bih=794&biw=1440&q=agac sekilleri&ved=0ahUKEwiXtcOLrsPXAhXJIpoKHY7UAJ0QMwiDAShWMFY&iact=mrc&uact=8[/img]
Sosial şəbəkələrdə paylaş: