İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » Ölməzlik nümunəsi


Ölməzlik nümunəsi

8-09-2017, 07:30
Oxunma sayı: 264
Ölməzlik  nümunəsi Şəhidlər ölmür deyirlər. Aradan illər ötsə də onların ucaldığı zirvə hər tərəfdən daha aydın görünür, ətrafdakılara örnək olur. Haqqında söhbət açdığımız Vətən oğlu da bele unudulmaz insanlardan biridir.

Əlmərdan Hüseynov 1962 – ci ildə yanvar ayının 14- də Biləsuvar rayonun Fioletovka ( indiki Çaylı) kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət dövründə mərdliyi, mübarizliyi ilə komandanlığın və şəxsi heyətin dərin hörmətini qazanmışdır. Bir zamanlar Sovet ordusu sıralarında xidmət edərkən ağlına da gətirməzdi ki, zaman gələcək özünə doğma saydığı bu ordu doğma xalqının qanın tökəcək, neçə- neçə günahsız insanların arzularını gözlərində qoyacaq. O insanlardan biri də elə özü olacaq.
Əlmərdan vətən qarşısındakı borcunu verib artıq müstəqil şəkildə öz həyatını qura bilərdi. Bunun üçün də müəyyən peşə ilə məşğul olmaq lazım idi. Ona görə də hərbi xidmətdən sonra Əlmərdan Bakı şəhərindəki 86 saylı Texniki Peşə məktəbinə sənədlərini verdi. Məktəbi bitirdikdən sonra artıq bir sənətin qulpundan yapışıb ailəyə kömək ola bilərdi. Bu arzuyla 1983 – cü ildə “Azelektroterm ” Elm İstehsalat Birliyində elektirik olaraq işləməyə başladı.Tez bir zaman içərsində işinin də yaxşı mütəxəssi olmağı bacardı . Rəhbərliyin etimadını qazandığı üçün çox vacib işlər ona tapşırılır, o da vicdanla üzərinə düşən vəzifələri yerinə yetirirdi. Həyatın öz axarı ilə getdiyi bir zamanda qəfil dövran dəyişdi. Xalqımızın başına erməni – rus faşistlərinin gətirdikləri faciə onun da gələcək arzularının üstündən birdəfəlik xətt çəkdi.
... 1990 – ci ilin yanvar ayının 19 – dan 20 – nə keçən gecə məşum gecə... Keçmiş SSRİ – nin silahlı qüvvələri Azərbaycan xalqının milli azadlıq ruhunu boğmaq üçün Bakıda, o cümlədən respublikanın bir neçə rayonunda qanlı qırğınlar törətdilər. Doğma vətəninin azadlığı uğrunda haqq mübarizəsinə qalxmış günahsız vətən övladları vəhşicəsinə gülləbaran edildilər. Lakin bu dəhşətli qırğınlar da xalqımızı haqq mübarizəsindən döndərə bilmədi. Hərbi vəziyyət rejiminə , küçələrdə sovet qoşunlarının hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqı öz şəhidlərini ən böyük ehtiramla Şəhidlər xiyabanında dəfin etdi.
Şəhidlərin əziz xatirəsinə ehtiram üçün “ 20 Yanvar şəhidi ” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31mart 1998 – ci il tarixli fərman imzaladı. Həmin fərman əsasən 1998 – ci il 29 dekabr tarixində “ 20 Yanvar şəhidi ” haqqında əsasnamə də təsdiq edildi. Faciənin qurbanlarının 147 nəfərinə “ 20 Yanvar şəhidi” fəxri adı verildi. Onlardan biri də Əlmərdan Hüseynov idi. O gecə Əlmərdan və onun mübarizə yoldaşları Salyan Kazarması yaxınlığında sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildilər. Qanlı qırğının səhərisi günü yaxınları onu cəsədini morqdan tapdılar. Həkimlərin verdiyi rəyə əsasən qoluna və sinəsinə dəymiş güllələr və sifətinin sağ tərəfindəki ağır zərbə izləri nəticəsində Əlmərdan həlak olmuşdur.
Ölümündən sonra doğma kəndinə gətirilən Əlmərdan böyük izdihamla son mənzilə yola salındı.
Əlmərdan və mübarizə yoldaşlarının ölümlərindən 27 il keçməsinə baxmayaraq xalqımız heç zaman onları unutmur. Hər il Əlmərdanın qəbri üstünə gələnlərin sayı daha da artır. Əvvələr oxuduğu , həyatının ən gözəl çağlarını keçirtdiyi orta məktəb indi onun adını daşıyır. Məktəblilərdən soruşulanda ki, hansı məktəbdə oxuyursan “ Əlmərdan Hüseynov adına orta məktəbdə” – deyə fəxrlə cavab verirlər. Onlar üçün Əlmərdan mübarizliyin, dönməzliyin zirvəsi olaraq qalır. Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

Gülcənnət Sevil Əliyeva
Bakı Qızlar Universitetinin
II kurs tələbəsi
Sosial şəbəkələrdə paylaş: