Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video
22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr Sərnişin avtobusu qəzaya uğradı



» » Biz niyə kitab oxumuruq?


Biz niyə kitab oxumuruq?

8-08-2017, 22:43
Oxunma sayı: 554
Biz niyə kitab oxumuruq?Ədəbi mətn və məqalədə “loru sözlər” və “sadə insanların danışıq dili” yol verilməz hesab olunur. Və buna görə də düşünürəm ki, sadə caammat məqalə və yazılardan qacır. Yazar öz intellektual səviyyəsindən asılı olmayaraq kütlə psixologiyasını əsas tutmalıdır. Ümumiyyətlə nəyinki Ucarda, ümumən Azərbaycanda məqalə yazanların sayı məqalə oxuyanların sayından bəlkədə çoxdur. Hələlik Azərbaycanla işim yoxdur. Hələki diqqətimi Ucar və onun streotipləşmiş problemləri çəkir. Daha əvvəl Ucara məxsus oxuduğum məqalələrdə şablondan başqa bir şey görmədim. Deyəsən, məqaləni yazan Bethovenin “Ay sonatası” əvəzinə öz ifasında “bircə bunu yazsaydım cəhənnəm olardım evə-eşiyə, Allah kəssin belə qazancı” cümləsinin sədaları altında yazıb. Qınamıram. Öz problemlərini həll edə bilməyən biri necə başqalarının problemini qələmə alsın. Ki hec almırda. Yazılanlar rayonda baş verən və qum dənəciyi qədər maraqlı olan xəbərlərdi. Sosial problemləri kənara atıram. Hec olmasa mənəvi problemlərin həlli yolun axtaraq. Bəlkə bu 5-6 abzasla 1 nəfəri olsa belə dəyişə bildik. Ki mən əminəm bu yazını 10 nəfər açacaq, 5 nəfər oxumağa başlayacaq, 3 nəfər sona qədər oxuyacaq və cəmi 1 nəfər anlayacaq.
İlk olaraq mövzu kimi götürdüyüm biraz şablon ola bilər, amma qlobaldı. “Biz niyə kitab oxumuruq?”. Və mən çalışacam ki, daha çox alternativlər yazım. Tam olaraq problemi 3 faktorda görürəm.
Yaşlı nəsil. Gənclərin kitaba meyil etməməsinin əsas səbəblərindən biri kimi yaşlı nəsli görürəm. Qəbul edirəm. Ağsaqqaldı. O zaman bir ağsaqqallıq edib gəlsin və yeni, gəncləri ədəbiyyata yönləndirən fikirlər söyləsinlər. Mən dəfələrlə yaşlı nəslə “biz niyə kitab oxumalıyıq?”-deyə sual vermişəm və aldığım cavablar belə olur. “Kitab mənəviyyatdı.” “Mütaliə insanın söz bazasını artırır və nitqi formalaşdırır.”Və daha nələr nələr. “ Bir dəqiqə . Bu , Dəqiqdir baba ? Bunu necə tapmısız. Axı bu məlumat necə illərdi 51-ci bölgədə qorunur. Afərin sizə.” Ay nənə, ay baba, agsaqqal adamsız nolar bir dənə fərqli fikir deyin. Sovet yaranandan eyni sözləri deyirsiz. Sovet dağıldı siz yenə eyni fikirdəsiz.Axı küncdə damara narkotik basan gənc sizdən nə örnək götürsün yaxud fikri zikri ərə getmək olan qız nə öyrənsin sizdən nə olar onun ruhuna toxunacaq, kitab oxumaga məcbur edəcək fikirlər desəz. Bəsdirin mənəviyyat, mənəviyyat saldınız. Gənclərə novator düşüncələr lazımdır. Lenin babadan qalma fikirlər Lenin gəncliyin yetərincə önə apardı. Bu bizim gəncliyə aid edilmir, edilmiyəcəkdə. Yaşlı nəsil öz öhtəsinə düşən missiyanı yerinə yetirməyə sözün əsl mənasında tənbəllik edir.Onlar nə çəkilib bir qıraqda dayanır, nədə expressiv fikirlər söyləyir. Amma yersiz tənqidə gəlsək. Gör bir neynirlər. Bir həcv söyləsinlər ki, gəl görəsən. Bir tənqid etsinlər ki, “Filankəsin qızını qonşunun ogluyla tutublar. Xəbərin var?” , “ Ağəz, onun anasıda eləydidəə . Nə qoyub nə axtarırsan” . Çünki tənqid etmək asandı onlar çətini bacarmır. Uzlaşdırma prinsipiylə inkişaf etdirmək. Bunu bizim yaşlı nəsil bacarmır.
Müasir təhsil sistemi. Mütaliə azalmasına ikinci faktor kimi müasir təhsil sistemini görürəm. Deməli, qayıdaq yenə sovet dövrünə. Şagirdlər gün ərzində dərslərini hazırlayır, avaralıqdan tutmuş xeyirxahlığa qədər hər şey edir və hələ kitab oxumağa da vaxt qalırdı. Bəs indi?! . Indiki təhsil sistemi şagirdin nəyin ki mütaliə vaxtını, hətta istirahət və yemək vaxtınıda alır. “700 ballıq vunderkindlər” var, hec kimə və hec nəyə lazım olmayan. Vallah mən necə ildir bu vunderkindləri izləyirəm , əksəriyyəti zombi görkəmində , agzının danışıgını bilməyən , düşüncə tərzi ibtidai , intellektuallıq primitivdir.Gələcəkdə Belə işçiləri nə dövlət, nədə özəl müəsissələr işə götürəcək. Yada 300-400 manatlıq işdən o tərəfə keçmiyəcəklər.
Baxın , əgər bir abituriyent Psixoloq olacaqsa nəyinə lazımdır sinuslar teoremi?, hüqüqşünasın nəyinə lazımdır kimya? Yoxsa hüqüqları kimyəvi elementlərlə müdafiə edəcək? Elektrikin vecinə deyil Leyli və Məcnun. Əgər könüllü öyrənərsə öz işi . Axı müəllimlər məcbur edirlər.
Təsəvvür edək ki, bir abituriyent Həkim olacaq. Çənəsi yer süpürən tarix müəllimi uşağa ibtidai icma quruluşundan sual verir. Sözsüz uşaq bilmir və müəllimdə arsız-arsız uşağı təhqir edib, alçaldır və “indiki uşaqlar birtərəflidir” deyir. Stop. Stop . Müəllim siz neçə tərəflisiz? Sizin müasir texnologiyalardan xəbəriniz var? Bəs nasa araşdırmaları necə? Bəs tibbdəki yeniliklər? Hə, yoxdur? Və deməli sizin ümumiyyətlə tərəfiniz yoxdur. Çünki bu saydıqlarım planetin gələcəyidir. Sizin ibtidai icma quruluşunuz milyon illər əvvəldə qalıb və biz o dövrə yalnız 3-cu dünya müharibəsinin köməyi ilə qayıda bilərik.
Fakt budur ki, bugünkü sistem yeniyetmənin vaxtını gəmirir və onu müxtəlif kitablar mütaliə etməyə imkan vermir. Boş məlumatla yüklənən beyin əsas informasiyaları qəbul etməkdə çətinlik çəkir. Bədii ədəbiyyat olmasın, olsun onun hazırlaşdığı ixtisasa aid bol məlumatlı kitab. Bu kitabın universitetdən əvvəl oxunması abituriyenti 1 addım önə çəkər. Amma belə imkan yoxdu təəsüf ki.
Ruhu ölmüş gənclik. Əgər bundan əvvəlki səbəblər daha alternativ idisə, 3-cü faktor bir qədər bəsit, elə gəncliyin özüdür. Hətta bəzi gənclərə “mütaliə et” deyəndə özünü təhqir olunmuş sayır . “Kim əə? mən? o qədər iş gücümü atıb kitab oxuyacam hə?”.... “Ohaa”. O qədər iş güc dediyi şəhərin küçələrin sülənməkdən başqa bir şey deyil. Birdə belə söz var “Oxuyanların axırı nə olur ki guya?” Qəribəsi budur ki ,belə deyənlərin 650 balla univerisitetə qəbul olub, magistr və dokturantura təhsili almış və bazarda kartof satan üzünü belə görmədiyi qohumu var. Həmin qohumlar əldə bayraq tutulur və kitablara aqresiyya yaradılır. Mən dəfələrlə izah edirəm ki ,bədii və elmi ədəbiyyatla təhsil kitabları fərqlidir. “O qohum bəlkədə əlavə mütaliə etmədiyi üçün xüsusu mücadilə ruhu oyanmayıb və elə buna görə bazarda kartof satır. Bəlkə xüsusi kitablar oxusaydı daha yüksəklərə qalxardı. Çünki istər bədii ,istərsə də elmi ədəbiyyat insanı öz işində və həyatında motivə edir” dedikdə , “Əşi eyni zibildi. Kitab kitabdı da. Nə fərq edirki!?”. Cavabını alıram . Sözsüz bu insanlar məni müxtəlif cür yola verə bilir və mən rədd oluram. Amma istənilən halda nələrsə deməklə borcumu yerinə yetirmiş sayıram özümü.
Birdə mükəmməl bəhanəli gənclər var. “Oxuyaramee , amma vallah vaxtım yoxdu.” Deməli, bir neçə il öncə Obama ABŞ prezidenti olanda günün hec olmasa 1 saatını mütaliəyə həsr etdiyini demişdi. Qəribədir ki, o boyda ABŞ prezidenti, 50 Ştata və 300 milyondan çox əhaliyə rəhbərlik edən bir şəxs mütaliə etməyə vaxt tapır , amma bizim hörmətli gənclər vaxt tapmır. Qınamıram vallah. Sizində işiniz çətindi. 24 saat həyata reaksiya verməməyi hec Obamada bacarmaz. Siz xüsusi secilmişsiz.
Birdə bu var . “Oxumaga həvəsim varee , amma kitab almaga pul yoxdu.” Bax əzizim, buda samball bəhanə deyil. Çox şükür ölkənin nəyidə olmasa bu yöndə ürəkaçandı vəziyyət. Nəyinki paytaxtda , hər rayonda və hətta hər kənddə kitabxanalar var və hər birində həm müasir həm klassik həm yerli ,həm də xarici ədəbiyyata məxsus kitablar var. Siz axtardıgınız kitabların 80-90 %-i bu kitabxanalardan tapa bilərsiz. Ona görə kitab dərdi çəkməyin.

Mənim həyatda ən əsas məqsədimdir, hanskı hec olmasa bir gənci mütaliə etməyə həvəsləndərmək. Dəfələrlə olub ki, əlinə kitab dəyməyən biri mənimlə təkbətək söhbətdən sonra kitabxanaya yazılsın və bir-birinin ardınca kitablar oxusun. Bəli , mən bununla qürur duyuram və öz missiyamı yerinə yetirməklə azda olsa təskinlik tapıram. Və əsas məqsədlərimdən biridə gəncləri mütaliəyə cəlb etməyi kütləviləşdirməkdir. Bu barədə növbəti məqalələrdə danışacam.
Bəlkədə mənim, bizim və sizlərin gördüyü işlər , oxuduğumuz kitablar , baxdığmız filmlər , planladığımız hədəflər kimlərəsə maraqsız və mənasız gələr. Dəyməyin onlara , onları qınamaq olmaz. Onlar bu cəmiyyətə belə lazımdır. Onlar hec nəyə nail olmayan insanlardı. Onların bir necə ciddi məqsədi var. “Sosialda mənasız və guya romantik anlar yaşamaq”, “kafelərdə kim daha çox pivə içə bilər”-deyə yarışmaları və “mənim geyim və kosmetikam daha bahalıdır”-deyib öyünə bilmək. Siz onlara əl vurmayın. Onların ibtidai insanlardan fərqi yoxdu. Cəmiyyət onları belə tələb edir. Cəmiyyət yerində qalmayan və daim hərəkət edən maşındır. Bizlər maşının rolu , onlarsa təkərləridir. Onlar çox olduqları üçün öyünürlər. Amma onları idarə etmək bizlikdir. Özünüzü qoruyun dostlar.

Don. Elay
Sosial şəbəkələrdə paylaş: