Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi başladı "Sahil" metrostansiyası bağlandı Paytaxt dəyişdirilə bilər Azərbaycan – San Marino: Biletlər satışa çıxarılıb
Təhsil Nazirliyindən qadağa "Barselona" "yox" cavabı aldı Ermənistanda konsertə hazırlaşan Ququş - “Yaşasın Azərbaycan, qurban olum…” - VİDEO Oğul anasını vəhşicəsinə döydü
Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO "Qarabağ"ın qapıçısına dəvət Ermənistanda kütləvi dava və atışma Lənkəranda narkotik satıcıları saxlanılıb



» » Gənclər və İdman Nazirliyinin yaranmasından 23 il ötür.


Gənclər və İdman Nazirliyinin yaranmasından 23 il ötür.

27-07-2017, 08:09
Oxunma sayı: 284
Gənclər və İdman Nazirliyinin yaranmasından 23 il ötür.Kazım Məmmədov: Bu gün Gənclər və idman Nazirliyi Ümummilli Liderin Azərbaycan gəncliyinin formalaşmasındakı arzu və xəyallarını gerçəkləşdirən ən böyük dövlət qrumudur.
Gənclər və İdman Nazirliyinin yaradılması ölkəmizin gələcəyi üçün tarixi bir addım oldu.
Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı. Şəki Olimpiya İdman Kompleksinin Açılışında iştirak edən Ulu öndər çıxışında vurğulamışdır ki, Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bugün yaşayırıq, dövləti, milləti idarə edirik,amma sabahıda düşünməliyik. O, hər zaman gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirirdi. Ulu öndərin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramların təsdiq edilməsi Ulu Öndərin gənclərə olan böyük qayğısının bir hissəsi idi. Gənclər və idman Nazirliyinin yaradılması ilə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildi və Azərbaycan gəncliyi bütöv bir dövlət qayğısı ilə əhatə olundu. Öncə Ümummilli Lider sonra Onun ən yaxşı şagirdi və davamçısı olan cənab Prezident İlham Əliyevin gənclər siyasətinin əsas icra orqanı olan bu yeni nazirlik qarşısında qoyduğu vəzifələri şərəflə və məsuliyyətlə həyata keçirən Gənclər və idman Nazirliyi Ulu öndərin Azərbaycan gəncliyinin formalaşmasındakı arzu və xəyallarını gerçəkləşdirən ən böyük dövlət qrumudur.
Prezident İlham Əliyevin qayğısı ilə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 2006-cı ildə Prezidentin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu və onun qarşısında yeni vəzifələr qoyuldu. Əsas vəzifəsi ölkənin gələcəyini etibar edəcəyi sağlam və vətənpərvər gəncliyin yetişməsi olan Gənclər və İdman Nazirliyin Azərbaycan gənci kimi əminliklə qeyd edə bilərik ki, Qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmişdir. Bütün bu diqqət və qayğının, fəaliyyətlərin nəticəsidir ki, Azərbaycan gəncliyi artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti dünyaya örnəkdir. Dünyanın heç bir ölkəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi kimi Gənclər Təşkilatları və hətta fərd olaraq gənclərlə bu qədər sıx və səmərəli əməkdaşlıq edən dövlət qrumları yoxdur. Bu da Azərbaycanda gəncliyə dövlət qayğısının uğurlu sabahlara hesablanan bir siyasət olduğunun, bu siyasətin sağlam, intellektual və vətənpərvər nəslin formalaşmasına xidmət etdiyinin bariz numunəsidir. Bu isə gənclərə sabaha daha inamla baxmağa əsas verir.

“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin Sədri Kazım Məmmədov
Sosial şəbəkələrdə paylaş: