Qayınatası gəlininə təcavüz etdi, onu başqa kişilərə satdı - FOTO Obama ailəsi ilə 5,3 milyonluq evə köçür - FOTO Baş məşqçi Kamran Ağayevin cəzasından danışdı Azərbaycanda qəndin içindən şurup çıxdı - FOTO
"Dedilər ki, 99% bu ölüb" - 6 güllə yarası alan adam - VİDEO Rus deputatın 15 yaşlı qızı intim reklama çəkildi - Pula görə - FOTO SON DƏQİQƏ : İŞİD Palmiranı MƏHV ETDİ Bakıda qumarxana aşkarlanıb, saxlanılanlar var
Həftəsonuna olan hava proqnozu Ronaldunu "Real"dan göndərirlər - Çinə "10 yaşıma qədər atamın şəhid olduğunu bilmədim" - VİDEO Amerikadakı soydaşımızın 20 Yanvar faciəsi barədə filmi - VİDEO



» » Amerika və Rusiyanın Suriya üzərindəki mübarizəsi və terrorizm sərhədləri


Amerika və Rusiyanın Suriya üzərindəki mübarizəsi və terrorizm sərhədləri

9-10-2015, 20:24
Oxunma sayı: 415
Amerika və Rusiyanın Suriya üzərindəki mübarizəsi və terrorizm sərhədləriABŞ xarici işlər naziri Rusiyadan Suriyada terrorçuların mövqelərinə hücum zamanı, Amerika tərəfindən təchiz edilən Suriyalı silahlı müxaliflərin mövqelərinə hücum etməməsini istədi. Rusiya hökumətinin Suriyada terror təşkilatı IŞİD –in mövqelərinə qarşı havadan hücum əməliyyatları başlanması, bəzi təbəqələri narahat etdiyi halda terrorla həqiqi mübarizədən yana olan ölkələri sevindirmişdir. Bu arada ABŞ dövlət katibi zahirdə Rusiyanın IŞİD mövqeləri hücumuna dəstək verdiklərini açıqlamasına baxmayaraq, bu hücumlardan narahat olduqlarını bildirmişdir. Kerri, Rusiya və ABŞ hərbi rəsmiləri arasında Suriyadakı əməliyyatlara dair görüş baş verdiyini və bu görüşlərin davam edəcəyini deyib. Kerri, "Biz Rusiyanın Suriyada yalnız IŞİD-i hədəf almasını istəyirik. Bunu açıq şəkildə özlərinə demişik" dedi. Əslində bu açıqlamaları Suriyada yaxşı terrorçu və pis terrorçu tətbiqini bir daha dilə gətirən Kerrinin bu açıqlamalarına paralel olaraq, bəzi mənbələr , Amerikanın Suriyada sözdə mülayim müxaliflərə yönəlik daha çox silah və təchizat yardımı və hava dəstəyi təmin edəcəyini bildirirlər. Amerikanın, Rusiyanın Suriyada heç bir ayrı-seçkilik güdmədən həqiqi terrorizmlə mübarizə sahəsindəki son təşəbbüsü qarşısındakı mövqeyi əslində iki dünya gücü arasında ciddi bir qarşılaşmaya və böhrana yol açmış olur. Rusiya rəsmiləri xüsusilə də Rusiya prezidenti Vlademir Putin rəsmən, Bəşər Əsəd ordusunun gerçək terrorizmlə mübarizədə ən ön cərgədə yer aldığını elan etmiş və Moskvanın Suriyanın müttəfiqi və dostu olaraq Dəməşq rəhbərliyini bu mübarizədə tək qoymayacağını və əlindən gələni edəcəyini bildirmişdir. Digər tərəfdən, Amerikalı rəsmilərin Rusiyaya yönəlik ittihamları ardından, Rusya Xarici İşlər Naziri Sergey Lavrov, Rus döyüş təyyarələrinin Suriyada mülki hədəfləri vurduğuna dair iddiaları təkzib edib. ABŞ Dövlət Katibi Con Kerri ilə keçirdiyi görüş sonrası mətbuatın suallarını cavablandıran Lavrov, iddialarla bağlı sübutların ictimaiyyəti ilə bölüşdürülməsini istədi. Rusiyanın Suriyada terror təşkilatı IŞİD-in hədəfləri başqa, fərqli nöqtələri vurduğuna dair ABŞ-ın narahatlıqları olduğunu qeyd edən Lavrov, "Bu tərəddüdləri bizə çatdırdılar və sübutları olduğunu dedilər. Biz də bu sübutların bölüşməsini istədik. Vurulan hədəflərin məsuliyyəti bizə aiddir. Bununla bağlı görüntülər də bölüşdürüldü" : Dedi. Rus təyyarələrinin Suriya ordusu ilə əməliyyat həyata keçirdiyini, IŞİD-lə əlaqəli vəzifələrin dəqiqliklə vurulduğunu bildirən Lavrov, vurulan mövqelərdə vətəndaşların yaralandığı barədə iddialarla bağlı məlumat olmadığını deyib. IŞİD cərgələrində Rusiyadan minlərlə adamın qatıldığını xatırladan Lavrov, "Bu insanların Rusiyaya qayıtması və qaranlıq işlərinə davam etmələri böyük risk yaradır. Biz bu riskin aradan qaldırılmasında uğurlu olacağıq əminəm". İfadələrini istifadə etdi. Rusiyanın Suriyada IŞİD yerləşən mövqelərinə qarşı bu hücumları sonra IŞİD terror təşkilatının real qurbanlarından bir başqası olan İraq baş naziri Heydər İbadət, Rusiya hökumətinin bu mövqeyinə dəstək verərək bu kimi hücumları İraqda da həyata keçirməsini müsbət qarşılayacaqlarını bildirib. İbadinin IŞİDƏ qarşı həqiqi mübarizə tələb etməsi, əslində ABŞ rəhbərliyindəki sözdə terrorizmlə mübarizə sahəsində qurulan və İraqda bir çox hava əməliyyatı keçirən koalisiyanın hücumlarının nə qədər həqiqətdən uzaq olduğu həqiqətini gözlər önünə sərir. Rusiyanın IŞİD terrorizminə qarşı hava əməliyyatlarına başlaması isə Amerika ilə yanaşı, Türkiyə və Ərəbistan başda olmaqla, digər bəzi Avropa və region ölkələrini narahat etmişdir. Bu ölkələr Rusiyanın, silahlı müxaliflərin mövqelərinə hücum etməməsi barədə xəbərdarlıq etmişlər. Amerika və müttəfiqlərinin terrorizmlə mübarizə sahəsində Rusiyanın qarşısında durması, əslində bu ölkələrin terrorizmlə mübarizə sahəsində nə qədər yalan danışdıqlarını nümayiş etdirir.

Yeni Azerbaycan Partiyasi Gencler Teskilatinin üzvü, Politoloq Cebrail Ferzeliyev
Sosial şəbəkələrdə paylaş: