ABŞ; Keçmişdən dərs, ya da keçmiş səhvlərin təkrarı » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » ABŞ; Keçmişdən dərs, ya da keçmiş səhvlərin təkrarı


ABŞ; Keçmişdən dərs, ya da keçmiş səhvlərin təkrarı

3-10-2015, 00:58
Oxunma sayı: 365
ABŞ; Keçmişdən dərs, ya da keçmiş səhvlərin təkrarıAmerika Prezidenti Barak Obama BMT-70-ci baş assambleyanın sammitində çıxışında, tək tərəfli hərəkət etməyin faydasız olduğunu, çətin və hərbi güclə qlobal problemlərin həll olunmayacağını etiraf etdi. Bu arada Obama çıxışında Amerika rəhbərliyinin məsləhət bildiyi təqdirdə özünün və müttəfiqlərinin maraqlarını qorumaq üçün hərbi gücə əl atmaqda tərəddüd etməyəcəyi təhdidini də dilə gətirdi. Buna qarşı Obama dünya liderlərinə xitabən etdiyi çıxışında, Amerikadan sülhtələb, insan haqları və demokratiya hamisi bir obraz təqdim etməyə çalışdı. Amerika Prezidenti Barak Obama neçənci dəfə başda oğul Buş rəhbərliyi olmaqla Amerikanın keçmiş hakimiyyətlərinin tək tərəfli mövqenin işə yaramadığını və hətta Amerika üçün bəzi risklərə səbəb olduğunu etiraf etdi. Ancaq nə var ki niyə hələ də Amerikalı rəsmilərin başqa ölkələrin daxili işlərinə qarışmağı rədd etdikləri və problemlərin zorla həll olunmayacağını etiraf etdikləri halda praktikada da bu sözlərinə sadiq olmadıqları bilinmir. Baxmayaraq ki, bugünkü Amerika rəhbərliyinin meylləri əvvəlki administrasiyalara nisbətən bir qədər fərqlidir, amma yenə də bu dəyişikliyin keçmişdəki acı dərslərdən və xüsusən bu ölkənin öz istəklərini başqalarına təkid gücünün azalmasından qaynaqlandığı deyilir. Əslində Əfqanıstan və İraq müharibələri dünyanın ən güclü ordularının da kövrək olduğunu və daimi müharibələr millətlərini gücünü əridiyini açıq şəkildə ortaya qoyan örnəklərdir. Amerika təxminən 70 il əvvəl ikinci dünya müharibəsi başa çatdıqdan sonra dünyaya hakim oldu və dünyanın ən böyük borclusu halına gəldi, amma bu gün Amerika dünyanın ən çox etiraz və reaksiyasına məruz qalan və hətta maliyyə iflas həddinə sürüklənən dövlətidir. Üstəlik, Amerika bu son 70 ildə insan haqları prinsiplərini çeynəmək, demokratiya prinsiplərini heçə saymaq və davamlı müharibə üzərində təkid etməklə Qərb ictimaiyyətində belə əxlaqi liderlik mövqeyini itirən bir dövlətdir. Bu şərtlərdə və Amerika keçmiş hakimiyyət və əzəmətini itirdiyi bir vaxtda Prezident Obama çoxcəhətlilik və dünya arenasının müharibədən, despotizm və fanatizmdən çəkinməsi kimi prinsiplərdən bəhs edir. Buna baxmayaraq hətta Obama rəhbərliyi də Amerika altı il rəhbərlik etdikdən sonra bu ölkənin siyasətçilərinin inad edən və zorakılıq etmə xasiyyətindən əl çəkmədiyi görünür. Məsələn, Obama rəhbərliyi hətta oğul Buş rəhbərliyi ilə müqayisədə dünyanın müxtəlif regionlarından daha çox mülki vətəndaşları qətlə yetirmək üçün İnsansız hava vasitəsi istifadə edir. Obama administrasiyası həmçinin Suriyanın böhrana və vətəndaş müharibəsinə sürüklənməsinə əvvəl aktyor kimi rol ifa etdi, belə ki, Amerikanın maliyyə və hərbi yardımları olmadan IŞİD terror təşkilatı və digər terror təşkilatları heç vaxt bitməzdi. Digər tərəfdən, son illərdən Amerika dövlətinin hərbi gücü geriləməsinin ardından Vaşinqton rəhbərliyi bu dəfə başqa ölkələrə qarşı kəşfiyyat və kiber müharibə taktikalarını istifadə etməyə başladı. Məsələn, tarix boyu heç bir dövlət Amerika dövləti qədər başqaları haqqında casusluq etmədi və vətəndaşların şəxsi həyat sahəsini pozmadı. Bütün bu davranışlar, Amerikalı rəsmilərin sözdə davranış dəyişmələrinə qarşı praktikada hələ də tək tərəfli olmaqdan və beynəlxalq münaqişələrin həllində çətinə müraciət etmə xasiyyətindən əl çəkmədiyini göstərir.

Yeni Azerbaycan Partiyasi Gencler Teskilatinin üzvü, Politoloq Cebrail Ferzeliyev
Sosial şəbəkələrdə paylaş: