“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Azərbaycan Mədəniyyət və Dinlərarası Tolerantlıq nümunəsidir


Azərbaycan Mədəniyyət və Dinlərarası Tolerantlıq nümunəsidir

17-09-2015, 22:28
Oxunma sayı: 528
Azərbaycan Mədəniyyət və Dinlərarası Tolerantlıq nümunəsidir Mədəniyyət və Dinlərarası Tolerantlıq, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan eyni zamanda bədii,psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub.Hazırda isə bu dəyərlər ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilmişdir.Bütün dünyada tolerantlıq və multikulturalizmin Azərbaycan modeli böyük rəğbət və təqdirlə qarşılanır.Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan,Böyük İpək Yolu dövründən günümüzə qədər bu ölkənin inkişafının əsasını təşkil edib.Sovet İttifaqı dağılan dövrdə baş verən hadisələr Azərbaycanda dini və milli tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu.Həmin dövrdə Azərbaycan ərazisinin 20%-ni işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək ölkəmizdə bir milyon məcburi köçkün problemi yaratdılar.Bütün bu kimi problemlərə baxmayaraq dinc yanaşı yaşamaq prinsipini Azərbaycan cəmiyyətindən silməyi bacarmadılar.Müstəqilliyini bərpa etdikdən hazırki dövrədək ölkəmizdə multikulturalizmin vəziyyəti yüksək səviyyədədir.Xalqımızın Ümumilli lideri Heydər Eliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq, mədəniyyət və dinlərarası multikulturalizmin ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi.Birmənalı şəkildə qeyd edirəm ki,Ulu Öndər Azərbaycan mədəniyyət və dinlərarası tolerantlıq ənənələrinin siyasi banisidir.Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən,irqindən,dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu.Bu siyasət hazırda Prezident İlham Eliyev tərəfindən davam və inkişaf etdirilir. Təsadüfi deyil ki,dövlətimizin başçısının sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edildi. 2014-cü il mayın 15-də Azərbaycan Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bütün bu xidmətlərin sayəsində bu gün Azərbaycan ən tolerant ölkələrin siyahısında ilk yerlərdədir. Mədəniyyət və Dinlərarası Tolerantlığın ölkəmizdə yüksək dəyərə sahib olmasını göstərən daha bir mühüm məqam isə bundan ibarətdir ki bu gün ölkəmizdə müsəlmanlarla yəhudilərin nümunəvi birgəyaşayışı ən yüksək səviyyədədir. Buna ən yaxşı nümunə isə "Prezident İlham Eliyevin və Azərbaycanın birinci xanımı Mehriban Eliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilməsidir". Azərbaycanın Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda olan yeganə yəhudi məskəni hesab edilən Qırmızı qəsəbə Azərbaycanın fəxridir. İsrail dövləti Azərbaycanda yəhudilərə belə münasibətə görə Respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir.Prezidentimizin də özünün qeyd etdiyi kimi doğrudan da bu dəyərlərin müasir dünyada alternativi yoxdur..Mədəniyyət və Dinlərarası Tolerantlığın Azərbaycanda mükəmməl inkişafına çox nümunələr gətirmək olar.Dəyərli oxucularımı yormayaraq sonda onu da qeyd edim ki Tolerantlıq ölkəsi kimi, Şərq və Qərb aləmi arasında böyük körpü rolu oynayan Azərbaycanımızın vətəndaşı olmaq hər birimizə qürurverici hisslər aşılayır!!
İlqar Abdurahmanov. T.C.Elazığ şəhəri F ırat Üniversitesi " Politologiya və Dövlət İdarəçiliyi "bölümünün 4-cü kurs tələbəsi.
Sosial şəbəkələrdə paylaş: