Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Sənəti Simasında Xalq-Azərbaycan


Sənəti Simasında Xalq-Azərbaycan

21-03-2016, 11:43
Oxunma sayı: 494
Sənəti Simasında Xalq-AzərbaycanHeç kimə sirr deyil ki,SSSR–nin zamanında bütün SSSR-i məkanında xüsusi ilə polis rejimi və eləcə də Milli Təhlükəsizlik Nazirliyi (MTN) bəlkə də ən yaxşı işləyən sistem olmuşdur. Buna hardasa SSSR-nin tərkibində xeyli ölkənin olması və eyni zamanda Rusyanın ərazisinin xeyli böyük olması amili ilə əlaqələndirə bilərik. Hə, bir əsas amil də az qala yadımdan çıxacaqdı. Qafqaz axı regional olaraq uzun illərdir problemli bölgədir.

Sonra biz müstəqil olduq. İtirdik, qazandıq, itirdik…….İllərdir ki, ya itiririk ya da qazanırıq. Elə bəlkə də bunun nəticəsidir ki, 1990-cı illərin başlarında müstəqil olan Azərbaycan xalqı her şeyini yenidən qurmağa cəht etdi. Bilirsiniz ki, biz aliə mədəniyyəti, müəyyən yaşlara qədər valideyinlərin dünya görüşləri üstündə qurulan xəyallarımız baxımından Avropalılara bənzəmirik. Uzun sözün qısası, 1990-ci illərin ortalarından hər məktəbə gedən uşaq “prokuror” olacaqdı. Heç kim müəllim, iqtisadçı, mühəndis olmaq istəmirdi. Xəyalları satılmış uşaqlar, SSSR-nin dönəmində haqqı tapdanan valideyinlərin övladları idi axı. Axı o valideyinlər hələ cavan ikən çox bağlı qapı görmüşdülər. İçəridə oturan “müstəntiqin” yanı oturacaqda, qarnı isə nə qədər ki, qapıya içəridən dirənirdi o qapı elə həmişə bağlı qalacaqdı. Elə həmin vaxtdan 1990-cı illərin yeni valideyinləri öz uşaqlarını müstəntiq görmək üçün əllərindən gələni edəcəklərinə söz vermişdilər. Amma, nə olsun ki, o vaxtdan sonra biz millət olaraq çox şey verdik. Ən axırda gördük ki, verməyə bir şey qalmayıb, başladıq müəllimlərə rüşvət verməyə. Özü də uşağın gözü qabağında. Bu elə bizim xəyalı satılmış məktəblinin “prokuror”luq adına öyrəndiyi ilk və son həqiqət oldu. Sonra illər keçdi. Bu məktəblilərdən bəzisi müəllim, bəzisi həkim, bəzisi əsgər, fəhlə, usta, alkaş və hər biri ən sonda valideyin oldu. Bu valideyinlər içərsində sonuna qədər rüşvət verərək “prokuror” olanları da oldu. Sonra o prokuror valideyinlər yaxşı xatırlayırdı ki, SSSR-nin süqutundan sonra bağlanan qapıları artıq prokuror deyil, pul (rüşvət) açır. 2000-ci illərin ilk onluğunun ortaları bu həvəsə işıq tutaraq yeni “havadar” xəyallar yaratmağa başladı. Rüşvət pulla sinonim olmasa da, millət artıq yaxşı anlayırdı ki, pul olanda rüşvət də var, lap elə insanı nökərə sinonim edəcək imkan da.

memur

Yeni eraya girməyə başladıq. Hər kəs iqtisadçı olacaqdı. Yenə ən başdan başlamışdıq. Sonra bənzər şeylər təkrarlanmağa başladı. Yox amma, bu dəfə hər oxuyan iqtisadçı ola bildi. O boyda Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bir fakultə var, onun da adı iqtisadiyyatdır. –“Bala nə oxuyursan. ?” Birinci “Narxoz” deyəcəyik ki, təsirli alınsın. Nə də olmaya böyük SSSR-dən qalma xatirələr genimizdə dərin iz buraxmağı bacarıb. Daha sonra, qarşımızdakına ilk zərbəni vurduqdan sonra, mülaim səslə “Əmtəəşünaslıq” deyəcəyik. “Hə bala yaxşı edirsən. İqtisadiyyat gəlirli sahədi. Oxu. ADAM OL.” Narxoz kəliməsi işə yaramışdı. Əgər “Narxoz”dursa demək iqtisadiyyatdır. Heç bir fərqi yoxdur “əmtəəşünaslıq, mühasibatlıq, audit, maliyyə ya da ətraf mühitin mühafizəsi”. Hər biri bizim xalq üçün iqtisadiyyatdır və gələcəyi var. Eyni ilə, keçmişdəki çiyndəki paqon kimi. Hər biri eynidir. Amma, tələb dəyişir. Əvvəllər paqon sahibi olmaq hökümlü olmaq demək idisə, 2000-ci illərin başlarından bir az keçmiş paqonun yerini pul hökmü almağa başladı. Sonra yenə illər keçdi. O tələbələrdən bəzisi avtobus sürücüsü, bəzisi dəmirçi, bəzisi müğənni, çox hissəsi bankir və ən nəhaət hər biri yenə də valideyin oldu. Amma, hələ də o tələbələrdən iqtisadçı olmaq üçün çalışanlar oxumağa davam edir. Axı iqtisadçı olmaq asan deyil. Sən cəmiyyətdə fəal olmalısan, nüfuzlu universitetlərdə oxumalısan və ən əsas da dil biliyin olmalıdır. Əgər dil biliyin yoxdursa onda sən iqtisadçı deyilsən. Bax biz bu şəkildə formalaşan xalqıq. İllərdir oxuyursan ki, axırda “qüvvətli valyutamızın” büdrəməsi nəticəsində iflas edəcək bir bankda iş tapa biləsən. Amma, o bank onu hansı risklərin gözlədiyini bilməyəcək dərəcədə savadsız və yanlız dil bilgisinə sahib idəraçilər tərəfindən idarə edilir. Təbiidir əlbəttə. Əgər bir cəmiyyətdə iqtisadiyyat deyəndə ağına bozuna baxılmadan iqtisadçı başa düşülürsə, bank deyəndə də kreditin yada düşməsi normaldır. Əksər banklarımızın başqa nə fəaliyyəti var ki. ?! Bu fəaliyyətlərə bir də son vaxtlar iflas etmə fəaliyyəti əlavə edlib və bu qədər. Əgər bank, vaxtı ilə bankı ingilis dilini bilənlərlə deyil, iqtisadiyyatı bilənlərlə təmin etsə idi, indi iflas edən banklar öz dilimizdə danışan yerli xalqın nə demək istədiyini yaxşı anlayardılar.

Bəs bizdə illərdir dəyişməyən nədir. ?

Sənəti Simasında Xalq-AzərbaycanAzərbaycanda iş həyatı ilə bağlı illərdir dəyişməyən əsas xüsusiyyət insanların peşələrinin onların simasından aydın oxunmasıdır. İllərdir, müdirlərin sifətindən hökm yağır. Müəllimlərinkindən hər hansı bir məqsədə dayalı süni təbəssüm, tibb bacılarıninkindən də möhtaclıq. Bu artıq qanundur. Nazirin boğazının altından bir dənə də baş çıxmalıdır. Normaldır. Axı onlar gecə gündüz xalqı düşünür və bir baş onlara yetərli deyil. Amma, iki başları olsa da adətən gözləri görsənmir. Əgər, əlləri qabar, üzü çapıq birini görsən bil ki, o da fəhlədir. Ən əsas və heç istisnası olmayan isə avtomobil dayanacaqlarına nəzərət edən şəxslərdir (stayanşik). Onların hər birinin bir qayda olaraq dişi olmur, rəngi günəşdən qaralmış vəziyyətdədir. Çünki, biz insanlara bəzən görünüşünə görə dəyər veririk. Biz “qarnı yekə” insanları həmişə nazir, müstəntiq ya da prokuror olaraq düşünürük. Biz yazıq simalı birini iş kollektivimizdə heç cür daha ağıllı biri kimi qəbul edə bilmirik. Çünki, biz həmişə yazıq simalı şəxsləri, bir gözü görməyən və bəlkə də qulaqları tutulmuş birini,yaşlılıq pensiyası ilə dolana bilməyənləri küçələrimizi süpürən biri kimi görmüşük. Fikirləşək, indiyə qədər küçələri süpürən, amma, gözəl olan neçə qız görmüsünüz. ? Mən amma, bu vaxta qədər gördüyüm küçələrimizi süpürənlərin ya dişi olmayıb, ya da yaşı 60-dan artıq olub. Belə çıxır ki, o insanların cəmiyyətdə belə bir yer tutmasının bir səbəbi özləridirsə, digər bir səbəbi də onlara verilən yaşlılıq təqaüdünün və hər hansı bir qüsurundan dolayı onlara ayrılmış miqdarın və yaxud da insanlara cəmiyyətimizdə görünüşlərinə, geyimlərinə görə qiymət verməyimizdir.

Tarixi gedişat onu göstərir ki, irəliləyən illərdə cəmiyyət tərəfindən populyarlaşan yeni sahələr ortaya çıxa bilər.Amma, nə olursa olsun bizim cəmmiyyətin uğun gördüyü peşələrə yox, özümüzü isdedadlı gördüyümüz sahələrə önəm verməyimiz vacibdir. Unutmayaq ki, insanı mənsub olduğu cəmiyyət yetişdirsə də, o cəmiyyəti də bir zamanlar yetişdirilmiş cəmiyyətin üzvləri təşkil edir. Unutmayaq ki, xarici görünüşündən, geyimindən aslı olmayaraq hər kəs hər vzəfəni tuta bilər. Bizə Düşən “mərdi qova-qova namərd etmə”məkdir.

Elgün ORUCLU
Sosial şəbəkələrdə paylaş: