Neft ucuzlaşır Atəşkəs rejimi 125 dəfə pozulub Qızıl ucuzlaşır, gümüş bahalaşır Poroşenko: “ABŞ Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayırıb”
Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı... Paşazadənin “vurulması“nın şok səbəbləri Qardaşı qızı ilə sevişərkən tutulan aparıcı ilə bağlı məhkəmə qərar qəbul etdi - FOTOLAR Azərbaycanda orta məktəbdə faciə...
"Qız atası"nın Vidadisi oğlunu evləndirdi - FOTOLAR Azərbaycan musiqisinin korifeyinə təzim “TurAz Qartalı - 2017” təlimləri başlayıb "Enerji içkiləri insanları məhvə aparırır" - Dietoloq Leyla Zülfüqarova



» » Azərbaycan ciddi iqtisadi islahatlar astanasında


Azərbaycan ciddi iqtisadi islahatlar astanasında

31-01-2016, 22:21
Oxunma sayı: 534
Azərbaycan ciddi iqtisadi islahatlar astanasında Azərbaycan Respublikası 1991-ci ildən dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Dinamik iqtisadi inkişaf yoluna ölkəmiz isə rəsmən 1996-cı ildən başlayaraq qədəm qoymuşdur.Ulu Öndərimizin iqtisadi sahədə davamlı inkişafımızı təmin etmək məqsədi ilə müəllifi olduğu Bakı-Novorossiysk,Bakı-Supsa Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft kəmərlərinin reallığa çevrilməsi müstəqil Azərbaycanın iqtisadiyyatına əlavə dividentlər gətirmişdir.Neftimizin dünya bazarına çıxması Azərbaycanın hərtərəfli inkişafına səbəb olmuşdur.Ulu Öndərimizin siyasi kursunun layiqli və uğurlu davamçısı ölkə başçımız cənab İlham Eliyevin hər bir sahədə olduğu kimi iqtisadiyyat sahəsinə olan daimi diqqət və qayğısı ölkə iqtisadiyyatının hər il artmasına, vətəndaşlarımızın rifah halının yüksəlməsinə gətirib çıxarmışdır. Yaşadığımız dünya isə bizə məlum və ya məlum olmayan səbəblərdən dolayı daima dəyişməkdə, bizim yaşadığımız dünyada insanlara xoş və ya xoş olmayan sürprizlər etməkdə davam edir.Bildiyimiz üzrə bugün dünyada iqtisadi böhran yaşanmaqdadır.
Dünya ölkələrində kütləvi ixtisarlar və iş yerlərinin bağlanması prosesinə artıq start verilib. 2008-ci ilin iqtisadi böhranı geri qayıdıb deyə bəzi ekspertlər indiki mövcud vəziyyəti belə dəyərləndirməkdədirlər. Dünyanın bir parçası olan Azərbaycanda isə bu proses sakit və minimum itkilərin baş verməsi ilə müşahidə edilməkdədir.Bütün bunlar vaxtında görülən qabaqlayıcı tədbirlərin və ölkə başçımızın vətəndaşlarımızın maraqlarına xidmət edən uğurlu siyasətinin nəticəsidir. Ölkə başçımızın yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı" nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında səsləndirdiyi fikirlər ölkəmizin ciddi iqtisadi islahatların astanasında olduğunu deməyə əsas verir. Efsuslar olsun ki ölkə başçımız cənab İlham Eliyevin etimadından sui-istifadə edərək bəzi məmurlar ən ağır böhran şəraitində verdikləri nöqsanlı fəaliyyətlərindən dolayı vətəndaşlarımızda dövlətə qarşı inamsızlıq yaratmağa çalışırlar. Yerli istehsal olunan məhsulların qiymətlərində baş verən süni qiymət artımı və iqtisadi sabotaj əhalinin haqlı narazılığına gətirib çıxarmışdır. Amma cənab Prezidentimizin məlum konfransda səsləndirdiyi fikirlər ölkə əhalisində ümid hissi yaratmış və bir də Prezident olaraq məmurunun deyil, onu seçən və sevən Xalqının yanında olduğunu bəyan etdi.Prezident məmurlar qarşısında bir daha tələblər qoydu ki məmur öz vətəndaşı ilə maraqlanmalı,problemlərini həll etməlidir. Neftin qiymətinin 4 dəfəyə qədər düşməsi iqtisadi çətinliklər törətsədə,ölkə başçımız İlham Eliyev cənabları vətəndaşlarımızı tam əmin edir ki,inkişafımız bundan sonrada davamlı olacaqdır. Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşasada sosial siyasət cənab Prezidentimizin aparmaqda olduğu köklü iqtisadi islahatlar bizə bu vəziyyətdəndə uğurla çıxmağa imkan verəcəkdir. Təsadüfi deyilki vətəndaşlarımızın əmək haqqı, pensiya və digər sosial müavinətləri artırılmışdır. Sahibkarlığın inkişafı üçün istər mərkəzi istərsədə yerlərdə fəaliyyət göstərən icra orqanlarının rəhbəri olduğu şəxslərin qarşısında birmənalı tələblər qoyulmuşdur. Günümüzdə də dünyada gedən böhranın öz vətəndaşına təsir etməməsi üçün ölkə başçımız cənab İlham Eliyev var qüvvəsi və yürütdüyü müdrük siyasəti ilə çalışmaqdadır. Xalqla iqtidar və özəlliklə Prezident arasındakı birlik yenə ölkəmizdə öz sözünü deməkdədir. Bu yöndə imzalanan əlavə sərəncam və fərmanlar bir daha Azərbaycanın ciddi iqtisadi islahatlara başlayacağını və ölkəmizin regionda ən nüfuzlu mövqeyini bundan sonrada qoruyacağını bizlərə deməyə əsas verir.Ölkə başçımız cənab İlham Eliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi və iqtisadi islahatların qısa bir müddət ərzində müsbət nəticələr verəcəyinə inam yaradır!!.

İlqar Abdurahmanov. T.C.Elazığ şəhəri Fırat universitesi
"Siyasət Bilimi və Kamu Yönətimi"
bölümünün sonuncu kurs tələbəsi.
Sosial şəbəkələrdə paylaş: