Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib azerbaycanda daha 21 dovlet emlaki ozellesdirilib » Respublik.info
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib Qlobal istiləşmə intiharların sayını daha da artıracaq
Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO



» » Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib azerbaycanda daha 21 dovlet emlaki ozellesdirilib


Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib azerbaycanda daha 21 dovlet emlaki ozellesdirilib

20-06-2018, 12:09
Oxunma sayı: 54
Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib  azerbaycanda daha 21 dovlet emlaki ozellesdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış sahəsidir.

Kiçik dövlət müəssisə və obyektləri Gəncə şəhərində, Yardımlı və Beyləqan rayonlarında, qeyri-yaşayış sahələrinin 1-i Sumqayıt şəhərində olmaqla digərləri Bakının Suraxanı, Sabunçu, Nəsimi, Nərimanov, Qaradağ və Xətai rayonlarında yerləşir.

Ümumi faydalı sahəsi 647 kv.m olan Yardımlı şəhərində yerləşən Əmlak kompleksi investor tərəfindən 32 min 500 manat ödəməklə özəlləşdirilib. Hərracda özəlləşdirilən digər kiçik dövlət müəssisəsi isə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən, ümumi faydalı sahəsi 47 kv.m olan 32 saylı mağazadır.

Ümumi faydalı sahəsi 126 kv.m olan Beyləqan şəhərində yerləşən 7 saylı xırda topdansatış müəssisəsi sifarişçi tərəfindən 4 min manata özəlləşdirilib.

Özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12 kv.m - 419 kv.m aralığındadır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümumi faydalı sahəsi 419 kv.m olan qeyri-yaşayış sahəsi 210 min manata özəlləşdirilib.
Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib  azerbaycanda daha 21 dovlet emlaki ozellesdirilib
Bundan başqa, hərracda Almaniya, Rusiya, İtaliya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edib. Bunlardan “BMW”, “Fiat” kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi 2003-2008 illəri əhatə edir. Alıcılar arasında olan yüksək maraq və rəqabət nəticəsində ilkin qiyməti 2 min manata qədər olan QAZ 31105 və VAZ 21213 markalı avtomobillərin qiyməti 2 dəfədən çox artaraq hər biri 4 min 700 manata satılıb.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 iyun tarixində keçiriləcək. Prosesə investorları cəlb edə biləcək 114 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.
Sosial şəbəkələrdə paylaş: