Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi. MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ Tofiq Hüseynzadə GƏNCLƏRİN LİDERİ
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi. Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb.



» » Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının II iclası keçirilib


Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının II iclası keçirilib

20-06-2018, 12:05
Oxunma sayı: 1200
Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının II iclası keçirilib

Bu gün Bakıda Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın II iclası keçirilib.



“APA-Economics”in məlumatına görə, Azərbaycanın energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov ölkəmizdə sosial-iqtisadi, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, beynəlxalq tranzit imkanları barədə ətraflı məlumat verib.



Nazir 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və Azərbaycan neftinin Avropa bazarlarına çatdırılmasını təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ölkənin inkişaf tarixində yeni mərhələnin başlandığını qeyd edib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi isə Azərbaycan qazını Avropa bazarlarına çatdıraraq Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamaqla yanaşı, digər yeni layihələrə də imkan yaradır. İclasda həmçinin Şərq-Qərb, Şimal-Cənub enerji və nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər infrastruktur layihələrindən də bəhs edilib.



Komissiyanın Vyetnam tərəfindən həmsədri, Tran Tuan Anh modernləşmə prosesləri nəticəsində ölkəsinin sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlər, eləcə də dünya iqtisadiyyatına inteqrasiya istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Sonra Hökumətlərarası Komissiyanın 2017-ci il yanvarın 16-da Hanoy şəhərində keçirilmiş 1-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib.



Bundan başqa, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, investisiya, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.
Sosial şəbəkələrdə paylaş: