Ucar Pambıq emalı zavodun da nələr baş verir? Arzu Rəhimovun bundan xəbəri varmı? - FOTO Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının yaradılmasının 26 illiyi iə bağlı tədbir keçirilib. “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər 2-ci oxunuşda qəbul edildi
Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz. Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi hazırlandı İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş
Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi Siyavuş Novruzovdan YAP-çı deputatlara ilginc xəbərdarlıq Qərbi Kaspi Universitetində tələbə mühiti



» » Azərbaycanda qaz istehsalı, neft-qaz emalına elektron qaydada icazə alınacaq


Azərbaycanda qaz istehsalı, neft-qaz emalına elektron qaydada icazə alınacaq

20-06-2018, 12:04
Oxunma sayı: 3511
Azərbaycanda qaz istehsalı, neft-qaz emalına elektron qaydada icazə alınacaq
Dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlər elektron qaydada Energetika Nazirliyindən qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazə ala biləcək.



APA-nın məlumatına görə, bu, Energetika Nazirliyin Kollegiyasının təsdiqlədiyi və bu aydan qüvvəyə minən “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentdə əksini tapıb.



Bu xidmət qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir. Elektron xidmət “minenergy.gov.az”, "e-xidmet.minenergy.gov.az", "e-gov.az" və “dxr.az” elektron ünvanlarında təqdim edilir. Elektron xidmətin göstərilməsi üçün elektron imza ilə təsdiq olunmuş ərizə tələb olunur. Ərizəyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin və ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa), müvafiq fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitə təsirin səviyyəsini və onun səbəblərini müəyyən edən müstəqil ekspertlər tərəfindən keçirilən ekspertiza rəyi əlavə edilməlidir. İcazənin verilməsindən imtina edilmədikdə, imzalanmış və möhürlənmiş icazənin skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda icazənin əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə 5 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən həmin çatışmazlıqlar məlumat alındığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Sosial şəbəkələrdə paylaş: