Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu
Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR... Şehit Baş Leytenant Cabbar Faiqov
QƏHRƏMAN TÜRK OĞLU Fərqanədən Xocalıya… “ANA BİRAZ SƏBR ET, 4 AYIM QALDI GƏLİRƏM” Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi - FOTO



» » Ali təhsilin iqtisadi səmərəliliyinin artırılmasının təkmilləşdirilməsi


Ali təhsilin iqtisadi səmərəliliyinin artırılmasının təkmilləşdirilməsi

1-11-2017, 11:19
Oxunma sayı: 168
Ali təhsilin iqtisadi səmərəliliyinin artırılmasının təkmilləşdirilməsi



2016-cı il 6 dekabr tarixindən ictimaiyyətə açıq elan edilmiş Strateji Yol Xəritələrindən “Peşə təhsili və təliminin inkişafı” ilə bağlı xəritənin məqsədlərindən birində qeyd olunur ki, təhsil və təlim sektoru üzrə strateji məqsədlər aşağıdakılardan ibarətdir:
- təhsilinin təkmilləşdirilmiş normativ-hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi;
- təhsilin yeni pozitiv imicinin formalaşdırılması;
- ixtisas təhsili müəssisələrinin təkmilləşdirilmiş dövlət-özəl tərəfdaşlığına əsaslanan idarəetmə strukturunun yaradılması;
- ixtisas təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması;
- müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik təhsil müəssisələrinin formalaşdırılması;
- yeni iqtisadi model əsasında təhsil sisteminin maliyyələşdirilməsinə nail olunması;
- məzunların işlə təminatının yüksəldilməsi;
Müasir dövrdə qarşılaşdığımız ən əsas problemlərdən biri də gənclərdə ali təhsilə, elmə marağının artırılması və universiteti bitirdikdən sonra işlə təmin olunması məsələsidir. Bu gün ali məktəb tələbəsi əlaçı qiymətlərlə universiteti oxumağı iki halda arzulayır.
1) maksimum məbləğdə tələbə təqaüdü əldə etmək ( yəni hədəfdə daha çox pul qazanmaq var) ;
2) şəxsi nüfuz baxımınnan (sadəcə universiteti fərqlənmə - “qırmızı” diplomla bitirmək istəyi) ;
Əksər halda bu arzu sonuncu semestrdə ümumiyyətlə yoxa çıxa bilər,çünki tələbə artıq universiteti bitirir, ona diplom işini yerinə yetirmək və ya dövlət imtahanını uğurla vermək kimi qayğıların fonunda son aylarda tələbə təqaüdü almaq o qədər də maraqlı deyildir.
Orta təhsillə ali təhsil arasında müəyyən bağlar əsaslı şəkildə varki, gənclər gələcəkdə işsiz qalmaq qorxusu baxımınnan ali təhsili mütləq hesab edir. Lakin ali təhsillə işləmək arasında müəyyən bağların əvəzinə əksinə qırılmalar var. Təbii ki, iqtisadi fəal əhali statusu alan hər bir gənc işləmək arzusundadır.Lakin bu sahədə işə götürənlərin yaratdığı müəyyən problemlər gələcəkdə böyük miqyas alabilir və işsizliyin artmasına səbəb olur. Məzun olmuş tələbələrin gələcəkdə iş tapmaqda çətinlik çəkmələrinin müxtəlif səbəbləri var:
1) Hər bir işə götürən müəssisə öz maraqları baxımından ən azı 1 il olmaqla iş təcrübəsi tələb edə bilər.
2) Yenicə ali məktəbi bitirən gənc kifayər qədər iş təcrübəsinə malik digər işçilərlə eyni iş saatı müddətində çalışır. Bu müəyyən mənada gənclərdə daha tez yorulma,asudə vaxtının çox az qalması səbəbindən işləməyə həvəssizlik yarada bilər.
Hər iki problem ölkədə əmək qabiliyyətli iqtisadi fəal əhalinin işsiz qalmasına gətirib çıxara bilər. Bunun nəticəsi olaraq gənclərin öz gücünə işlə təmin oluna bilməkdə imkanları və inamları məhdudlaşır.
Bu sahədə yaranmış mövcud problemləri aradan qaldırmaq daha güclü təsir imkanına malik real mexanizmlərin işlənib hazırlanması vacibdir:
- Dövlət sifarişi əsasında ali məktəbi bitirən məzun işə götürənin təcrübə müddəti kimi tələb etdiyi müddətə (ən azı 1 il) vaxtamuzd və ya işəmuzd formada əmək haqqı ödənilməklə işlə təmin edilməlidir.
- İkinci ən önəmli məsələ bu sahədə rəqabət mühitinin yaradılmasıdır. Müvafiq olaraq dövlət sifarişi əsasında işə qəbul olunmuş işçi (məzun), universiteti bitirmə və ya mənimsəmə faizindən asılı olaraq yüksək göstəriciyə malik məzun müvafiq olaraq daha yüksək əmək haqqı ilə, orta mənimsəmə göstəricisi ilə bitirmiş məzun orta əmək haqqı ilə, daha zəif göstəriciyə malik məzun isə nisbətən zəif əmək haqqı ilə təmin oluna bilər.
Təbii ki, bu halda avtomatik olaraq sifarişçi qismində dövlət iştirak etdiyindən göstərilən müddətə (ən azı 1 il) əməkhaqqını da dövlət özü ödəyir.
Bu stimullaşdırıcı tədbirlər tələbələrdə bir növ daha yüksək təhsil, savad almağa təkan olmaqla yanaşı yuxarıda qeyd etdiyimiz məlum problemlərin həllində əlverişli rol oynaya bilər.
Həmçinin dövlət insan amilinə kapital yatıraraq insan kapitalı anlayışını təcrübədə daha geniş tətbiq edir, müəssisələrin işçi sayına daha şəffaf nəzarət edir, gəlir vergisinin həcmi artır, işə götürmədə rüşvətin qarşısını almış olur, kreativ və məsuliyyətliləri üzə çıxarmaqla öz gələcəyinə daha inamla baxan gənci formalaşdırır, xaricdən autsorsinq yolu ilə gətirilmiş işçilərlə yerli işçi qüvvəsi arasında balansı qorumaqla xaricə kapital axınının qarşısını alır. Bütün bu tədbirlər dövlət və özəl sektor arasında əməkdaşlığın real nümunəsi olaraq bu sahənin inkişafına öz töhfəsini verməklə yanaşı təhsilin sosial – iqtisadi inkişada rolunu kifayət qədər yüksəldəcəkdir.


Azərbaycan Dövlət İqtisad Universiteti
Zeynəb Həbibağa qızı Qiyasova
zeynab_giyasova@unec.edu.az
Sosial şəbəkələrdə paylaş: