İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » Azərbaycanda ucuz avtomobil istehsalına başlanılır


Azərbaycanda ucuz avtomobil istehsalına başlanılır

8-08-2017, 21:32
Oxunma sayı: 92
Azərbaycanda ucuz avtomobil istehsalına başlanılır

Azərbaycanda yeni avtomobil istehsalı başlayır. Söhbət "Azevrocar" şirkəti ilə və "İran Khodro" şirkətinin birgə istehsalı olacaq avtomobillərdən gedir.

Respublik.info fins.az-a istinadən xəbər verir ki, Neftçalada Sənaye Məhəlləsində yeni avtomobil zavodu iyun ayından fəaliyyətə başlamalı idi. Amma zavodun tikintisində bir qədər yubanma olub.

"Azevrocar" şirkətinin rəhbəri Emin Axundov bildirib ki, yayın bir qədər isti keçməsi zavodun tikintisində gecikməyə səbəb olub. Bununla belə, tikinti ilə bağlı işlərin 75%-i görülüb. Hazırda sendviç panellərin, istilik və soyutma sistemlərinin qurulması, kommunikasiya işləri görülür. Ümumilikdə son tamamlanma işləri 2 ay ərzində yekunlaşacaq. Yeni avtomobil zavodunun oktyabr ayında açılması planlaşdırılır.

Zavodda əvvəlcə "İran Khodro" markasına aid 4 modelin - "Runna", "Dena", "Samand" və "Soren" avtomobilllərinin yığımına başlanılacaq. Ehtiyat hissələrinin bir hissəsinin yerli zavodlarda istehsalı planlaşdırılır. Bunun üçün həmin zavodlara təkliflər veriləcək.

Ehtiyat hissələrinin bir hissəsini STP və SOCAR zavodu istehsal edəcək. Zavodların test məhsulları İran şirkəti tərəfindən müsbət rəy alarsa, ehtiyat hissələrinin istehsalı başlayacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.

Yığılan avtomobillərin 15-20%-i xaricdə satılacaq. E.Axundov bildirib ki, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda Çinin "Lifan" şirkəti ilə birgə "Naz Lifan" avtomobilləri yığılır. Amma avtomobil zavodu alıcı tapmaqda çətinlik çəkir. Satışların böyük hissəsi də, demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür. Bu baxımdan, yeni istehsal ediləcək avtomobillərin necə bazar payı əldə edəcəyi məsələsinə gəlincə, E.Axundov bildirib ki, zavodda yığılacaq avtomobillər həm qiymət, həm də kefiyyət baxımından bazarda rəqabətə davamlı olacaq: "Azərbaycan bazarında ən ucuz təzə avtomobilləri biz satacağıq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Müqayisə üçün, hazırda Azərbaycan bazarında bu qiymətə, demək olar ki, yeni avtomobil yoxdur".

Yeni yığılacaq avtomobillərin kefiyyətinə gəlincə, şirkətdən bildiriblər ki, marka Avro 5 standartları üzrə kefiyyət sertifikatı alıb. Avtomobillərin kefiyyəti tam yüksək səviyyədə olacaq.
Sosial şəbəkələrdə paylaş: